Dünya Bankı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (PEFA) qiymətləndirməsi layihəsinin yekun hesabatını Azərbaycan hökumətinə təqdim ediblər. Bu barədə Maliyyə Nazirlyinin məlumatında qeyd edilir.
“Azərbaycanda ilk dəfə dövlət xərcləri, satınalmalar və maliyyə hesabatlılığının əhatə edən qiymətləndirmə 2008-ci ildə həyata keçirilib. Azərbaycan hökumətinin müraciəti əsasında 2014-cü ildə yenidən PEFA qiymətləndirilməsinə başlanılıb və layihə müvəffəqiyyətlə başa çatdırılıb”, - deyə məlumatda deyilir.
Yekun hesabat 2011-2013-cü il ərzində dövlət maliyyəsinin idarə edilməsi sahəsi üzrə göstəricilərin qiymətləndirilməsi əsasında hazırlanıb.
Aparılmış qiymətləndirmə nəticəsində 31 göstəricidən 17-si üzrə ciddi irəliləyişlər əldə edilib.
Hesabatda büdcə zərfinə daxil edilən sənədlərin əhatəliliyinin artırılması, büdcə layihəsinin tərtibi qrafikinə ciddi əməl olunması, büdcə təsnifatının təkmilləşdirilməsi bir daha müsbət işlər kimi qeyd olunmuşdur. Həmçinin, hesabatda ortamüddətli büdcə proqnozlaşdırılmasının tətbiqi, davamlı olaraq dövlət büdcəsinin gəlirləri üzrə proqnozun artıqlaması ilə yerinə yetirilməsi, dövlət büdcəsinin xərcləri üzrə vaxtı ötmüş borcların yaranmasının qarşısının alınması və digər istiqamətlər üzrə nailiyyətlər vurğulanır.
A.Axundov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət