Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyası, onların reabilitasiyası və məşğulluğuna yönələn səylərin aktivləşməsinin zəruriliyini qeyd edir.
“Bu gün Azərbaycanda əlilliyi olan 535 min vətəndaş yaşayır, bu isə respublika əhalisinin 5,6%-ni təşkil edir”, - deyə S.Müslümov “Azərbaycanda əlilliyin qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq seminarda vurğulayıb.
Onun sözlərinə görə, onlardan 300 min nəfər və ya 56%-i daimi əlillər, və ya 44%-i - müvəqqəti lilliyi olan vətəndaşlardır.
“473 min əlil 18 yaşdan yuxarı vətəndaşlar, 62 min nəfər - 18 yaşa qədər, o cümlədən fiziki imkanları məhdud olan uşaqlardır”, - deyə nazir bildirib.
O, əlillər üçün ölkənin sağlam əhalinin nümayəndələri ilə bərabər hüquqların təmin edilməsinin zəruriliyini qeyd edib.
“Bu istiqamətdə bu gün əsas məqsəd əlilliyin qiymətləndirilməsi sisteminin təbiqi zamanı tibbi modeldən əlilliyin təmin edilməsinin bioloji-psixoloji modelinə keçməkdən ibarətdir”, - deyə S.Müslümov bildirib.
Onun sözlərinə görə, vətəndaşların əlilliyinin qiymətləndirilməsi zamanı həmin şəxslərin, o cümlədən, komyuterdə işləməyi, orta və ali məktəblərdə dərs verə biləcəkləri, ağac üzərində oyma kimi müxtəlif işi bacarmaları faktını nəzərə almaq lazımdır.
“Misal üçün, əgər yol-nəqliyyat hadisəsi nəticəsində mühasib ayaqlarını itiribsə, iş yerində çalışmağa davam etməsi üçün lazımi şərait yaratmaq lazımdır. Əlilliyinin qiymətləndirilməsi zamanı yalnız tibbi diaqnozla məhdudlaşmaq olmaz, həm də fiziki imkanları məhdud olan şəxsin hansı əmək fəaliyyəti ilə məşğul ola biləcəyini aşkar etmək lazımdır. Yəni iki istiqamətdə tibbi diaqnostikanın tətbiqi zəruridir, tibbi və bacarıq və əmək fəaliyyətini imkanını müəyyən edən”, - deyə nazir vurğulayıb.
S.Müslümov qeyd edib ki, bu sahədə çalışan ekspertlər beynəlxalq standartlar və təcrübəyə əsaslanaraq, peşəkar vəzifələrinə ədalətli yanaşmalıdırlar, qabaqcıl biliklərə malik olmalıdırlar.
“Bu istiqamətdə son məqsəd əlillərin reabilitasiya sisteminin təminatıdır. Lakin, əfsuslar olsun ki, Azərbaycanda bu mexanizm tam həmcdə və lazımi səviyyədə istifadə olunmur. Bu səbəbdən inklüziv ictimai sistemin yaradılması məqsədilə bu sahədə fəaliyyətin gücləndirilməsi lazımdır”, - deyə nazir bəyan edib.
Onun sözlərinə görə, fiziki imkanları məhdud olan uşaqların təhsil almaq prosesinin təminatı ilə bağlı çox sayda problemlər qalmaqda davam edir.
“Bu mexaniz hələlik tam tətbiq olunmur. Düzdür, dövlət evdə təhsil alan, əlilliyi olan uşaqlar üçün nəqliyyat xərclərinin ödənilməsi üçün müəyyən sosial ödənişlər ayırır. Lakin bu məbləğ kifayət etmir. Bu problemin həllinə hərtərəfli yanaşmaq lazımdır”, - deyə S.Müslümov vurğulayıb.
O cümlədən, nazir yeni binalarda şəraitin və əlillərin sərbəst yerdəyişməsi üçün zəruri infrastrukturunun olmaması ilə bağlı problemin mövcudluğunu qeyd edib.
R.Babayev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət