10 Dekabr 2014-cw il tarixində “Jumeirah Bilgah Beach Hotel” kompleksində “CONSULTİNG&BUSİNESS” jurnalının mükafatlarının ənənəvi təntənəli təqdimetmə mərasimi keçirilmişdir. Mükafat Respublikada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, yüksək nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunmuşdur. Mükafatının laureatlarından biri də İLİN SIĞORTA ŞİRKƏTİ nominasiyasında Beynəlxalq Sığorta Şirkəti olmuşdur.
Təqdimetmə mərasimində Beynəlxalq Sığorta Şirkətini təmsil edən Sığorta və Təkrarsığorta Departamentinin direktoru Q.Şəkərəliyev çıxış edərək Şirkətin əldə etdiyi uğurlardan danışmışdır. O, BSŞ-nin daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, Şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə, özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulamışdır.
Təsadüfi deyildir ki, Beynəlxalq Sığorta Şirkətini fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə görə müxtəlif təsisatlar tərəfindən dəfələrlə mükafatlara layiq görülmüşdür.
Qeyd etmək lazımdır ki, 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 32 sığorta növü üzrə xıdmətlər göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət