Elmin inkişafı müasir Azərbaycanın prioritetidir. Bu barədə prezident İlham Əliyevin cümə günü Azərbaycan Alimlərinin Bakıda keçirilən I Qurultayının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
Prezidentin məktubunu qurultay iştirakçılarına Prezident Administrasiyasının Humanitar Şöbəsinin rəhbəri Fatma Abdullazadə oxuyub.
“Mədəniyyətlərin qovşağında yerləşən və qədim mədəniyyət mərkəzi olan Azərbaycan zəngin elmi ənənələrə malikdir. Azərbaycan xalqının dünyaya bəxş etdiyi alim və mütəfəkkirlər mədəniyyətlərarası əlaqələrin inkişafına əvəzsiz töhfələr veriblər”, - deyə dövlət başçısının məktubunda bildirilir.
Qeyd edilib ki, bu görkəmli elm xadimləri mədəni, tarixi, dini irsi qoruyub saxlayıb, həmçinin zənginləşdirərək dünya mədəniyyətinə əvəzsiz töhfə veriblər.
“Onların ölməz əsərləri bəşəriyyətin intellektual inkişafına xidmət edir”,- deyə dövlət başçısı vurğulayıb.
Prezident qurultayın gedişində vacib qərarlar qəbul ediləcəyinə, elm və mədəniyyətin inkişafına xidmət edəcək yeni fəaliyyət sahələrinin müəyyənləşdiriləcəyinə əminliyini ifadə edib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət