2014-cü il dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası – İnformasiya Resursları Mərkəzində təşkil olunmuş I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi öz işinə başlayıb. Sərginin açılışında çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sərginin Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 331 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun həyata keçirildiyini deyib. Ramiz Həsənov ölkəmizdə yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun günbəgün artdığını, ölkə başçısının 2014-cü ili “Sənaye ili” elan etməsi nəticəsindəiqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətli inkişafına xidmət etdiyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, iqtisadi tərəqqi naminə, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Yeni texnologiyalar və ixtiralar isə öz növbəsində elmi-texniki araşdırmalara, yaradıcı fəaliyyətə bir sözlə insan kapitalına aid dəyərlərdir: “Fikrimizcə, rəqabətqabiliyyətli və innovativ sənaye müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi dəyərləndirilməlidir”.
Komitə sədri əlavə edib ki, müasir sənayenin rəqabətqabiliyyətliliyi artıq o qədər də investisiyaların həcmiylə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir. Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial faktorlar sırasında texniki yeniliklər – ixtiralar, faydalı modellər, sənaye nümunələri əsas amillər kimi qiymətləndirilir. Qeyd olunan intellektual komponentlər qeyri maddi aktivlər kimi çıxış edərək istehsal proseslərinin effektivliyini, səmərəliliyini artırmaqla bərabər sənaye məhsullarına əlavə istehlak xüsusiyyətləri verir, dünya bazarında daha da uğurlu nəticələrə yol açır. Bu isə öz növbəsində əqli mülkiyyət obyektləri üzərində müstəsna hüquqların qorunması mexanizminin – patent sisteminin rolunu günbəgün artırır.
Açılış mərasimində çıxış edən digər natiqlər də təşkil olunmuş sərginin sənayenin inkişafını əyani göstərən bir faktor kimi qiymətləndiriblər.
Sonra sərgi povilyonları ilə tanışlıq aparılıb. Məlumat verilib ki, sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə yanaşı, Milli Aviasiya Akademiyası, “Azərenerji”-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “ASAN xidmət”in İnnovasiyalar Mərkəzi, Azərbaycan Texniki Universitet, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, SOCAR və s. təşkilatlar, patent almış ixtiraçılar və digər sənaye sahəsində fəaliyyət göstərən özəl sektorun nümyəndələri təmsil olunub. Sərgi iki gün davam edəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət