“VTB” Qrupu Azərbaycanda uzunmüddətli investisiya layihələrində iştirak etmək niyyətindədir. Bu barədə "VTB Bank (Azerbaijan)" ASC-nin İdarə Heyətinin sədri Yuri Yakovlev bu gün “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
“İndi “VTB” Qrupunun Azərbaycanda iştirak edə biləcəyi daha maraqlı investisiya layihələrinin axtarışı və seçimi aparılır. Bu, həm sənaye obyektləri, həm də infrastrukturun inkişafı layihələri ola bilər. “Bank VTB” bu layihələrdə “VTB Bank (Azerbaijan)”nın mövqeyindən deyil, qlobal miqyaslarda, beynəlxalq “VTB” Qrupunun mövqeyindən iştirak etmək niyyətindədir”, - deyə o qeyd edib.
İdarə Heyətinin sədri “VTB Bank (Azerbaijan)”nın Azərbaycanda real sektorun kreditləşməsi ilə bağlı planları barədə məlumat verib.
“Biz Energetika Nazirliyi ilə alternativ enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edirik. Biz günəş panelləri istehsalçılarını dəstəkləməyə və əhaliyə onların alışı üçün kreditlər verməyə hazırıq”, - deyə Y.Yakovlev vurğulayıb.
Onun sözlərinə görə, bank "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
“Biz, həmçinin dəmir yolu infrastrukturunun modernləşməsi sahəsində əməkdaşlığın inkişafı məqsədilə Nəqliyyat Nazirliyi ilə fəal dialoq aparırıq. Bununla əlaqədar çoxsaylı layihələr müzakirə edirik. Bu sahədə fəaliyyət göstərən Rusiya şirkətləri Azərbaycanda nüfuza malikdir. Bununla yanaşı, biz xüsusilə “VTB Lizinq” ASC vasitəsilə dəniz limanlarının modernləşdirilməsi, dəmiryol nəqliyyatı vasitələrinin yaradılması və istifadəsində iştirak etməyə hazırıq”, - deyə Y.Yakovlev bildirib.
O əlavə edib ki, bank 2015-ci ili “Real sektorla əməkdaşlıq ili” elan edib.
Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin mart ayında “VTB Bank (Azerbaijan)" ASC-yə bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Axundov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət