Bakıda Ermənistan hökumətinin İrəvanın mərkəzində yüz illik çar-rus dövrünə aid 20-yə yaxın binanın tikintisini nəzərdə tutan “Köhnə şəhər” layihəsinin həyata keçirilməsinə dair planlarını gülünc hesab edirlər. Layihənin məqsədi bu mərkəzi şəhərin tarixi hissəsi kimi təqdim etməkdir.
“Bu gülüncdür, çünki məhv edilmiş orta əsr şəhəri əvəzinə butafor “tarixi mərkəz” yaratmaq cəhdi göz qarşısındadır. Qafqaz 20-ci əsrdən əvvəl də həyatın qaynadığı qədim regiondur. Və xüsusilə İrəvan bu gün Bakı, Şəki, Gəncə, Ordubad və digər şəhərlərdə görməyin mümkün olduğu Azərbaycan memarlıq nümunələri ilə zəngin orta əsr şəhəridir. Bu layihənin məqsədi tarixi dəyişdirmək, saxtalaşdırmaqdan ibarətdir”, - deyə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundovbu gün “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bəyan edib.
O xatırladıb ki, bir neçə il əvvəl azərbaycanlı tarixçilər belə bir məsələ qaldırmışdılar ki, Azərbaycan və Gürcüstan paytaxtlarının öz tarixi mərkəzləri var, İrəvanda isə köhnə tarixi mərkəzdən əsər-əlamət qalmayıb, bu isə Azərbaycan mənşəli tarixi abidələrin ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilməsinə dəlalət edir. Onun sözlərinə görə, bir müddət keçdikdən sonra Ermənistan hökuməti “Köhnə şəhər” layihəsini həyata keçirməyi qərara aldı. Buna cavab olaraq Azərbaycan tərəfi o vaxtlar İrəvan adlandırılan Yerevanın bir zamanlar Azərbaycana məxsus olmasını sübut edən materiallarla bu layihəyə dəstək göstərməyə hazır olduğunu bildirdi. Lakin Ermənistan tərəfi bu cür dəstəkdən imtina etdi və həmin layihə ətrafında səs-küy hətta üç il müddətinə kəsildi.
“Bu səbəbdən qədim Qafqazda, o cümlədən qədim İrəvan üçün gülünc yaş olan yüzillik tarixə malik olan “Köhnə şəhər” proqramının qəbul edilməsi Ermənistanda tarixi və mədəni hadisələrin təbii gedişinini 180 dərəcə necə dəyişdirildiyini aydın şəkildə nümayiş etdirir”, - deyə F.Axundov bildirib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət