ABŞ Türkiyə və onun digər müttəfiqlərinin Vaşinqtonun ümidlərini doğrultmadığı bir vaxtda Böyük Yaxın Şərq regionunda İsraildən başqa yeni dosta da ehtiyac hiss edir və bu dostlardan biri Azərbaycan ola bilər. Bu barədə Konqresin mətbu orqanı olan “The Hill” qəzetində dərc edilmiş məqalədə bildirilir.
“Biz İsrail və onun dostlarının köməyinə güvənməliyik. Təəccüblü olsa da, İsrailin sayca az dostlarından biri də müsəlman ölkəsidir. Bu ölkə həqiqi dost və İsrail, eləcə də Qərb üçün təbii qaz ixracatçısıdır”,- deyə məqalə müəllifi yazır.
Məqalədə bildirilir ki, Azərbaycan düşmən əhatəsindədir. 20 ildən artıqdır ki, “erməni əsgərləri rus qoşunlarının dəstəyi ilə hərbi yolla Azərbaycanın böyük hissəsinin işğal edib. Ermənistan təxminən 1 milyon azərbaycanlını işğal edilmiş ərazilərdə evlərindən qovaraq Xocalı şəhərinin əhalisinə divan tutub”.
“Azərbaycan İsraillə olduğu kimi, ABŞ-la da dostluq etmək istəyir. Obama administrasiyası bütün məntiqlərin əksinə olaraq İsrailin dostu ilə əlaqə qurmaq istəmir”, - deyə məqalə müəllifi yazır. O qeyd edir ki, ABŞ-ın belə passivliyi Rusiyanın Azərbaycanın Avrasiya İttifaqına üzv olması ilə bağlı bu ölkəyə təzyiqini artırmasına səbəb olur, eləcə də Moskvanın Qarabağ münaqişəsində imkanlarını artırır.
“Bizə Böyük Yaxın Şərqdə daha bir güclü dost lazımdır. İsrail birini tanıyır. Mən də”,- deyə müəllif vurğulayıb.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət