“Bank of Baku”-nun filial şəbəkəsinin təkmilləşdirilməsi və müştərilərin rahatlığının təmin edilməsi məqsədilə bankın “Şəki” filialı yeni ünvana köçüb. Bundan belə, bank filialı daha rahat və müasir ofisdə fəaliyyət göstərəcək. Filial müştərilərə bütün növ bank xidmətləri göstərir.
Bununla əlaqədar “Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə deyib:”Bankımızın strateji inkişaf proqramında həm yeni filialların açılışına, həm də mövcud olan filialların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Bu proqrama uyğun olaraq biz füsünkar Şəki şəhərində rahat və müasir filialımızı yaratdıq. Yeni filialda xüsusi zona yaradılıb və burada çalışan 7 təcrübəli əməkdaşımız kiçik və orta sahibkarlığın kreditləşməsinə dair geniş xidmətlər göstərəcək. İmkandan istifadə edib xatırladım ki, “Bank of Baku” “Start UP” biznes kreditləri proqramını uğurla icra etməkdədir. Bu proqram sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərə güzəştli kreditlər almağa imkan verir”.
“Bank of Baku”-nun ”Şəki” filialında:
· istehlak və biznes kreditləri rəsmiləşdirmək,
· əmanət yerləşdirmək,
· pul köçürmək,
· kredit kartları əldə etmək və bir çox digər xidmət və məhsullardan faydalanmaq olar.
Bank filialı müştəriləri bu ünvanda qəbul edəcək : M. Ə. Rəsulzadə pr-ti 149B. “Bank of Baku”-nun “Şəki” filialı həftənin altı günü (bazar ertəsi-şənbə) saat 9.00-dan 17.00-a kimi müştəriləri qəbul edir. “Bank of Baku”-nun ölkə boyunca 25 filialdan ibarət şəbəkəsi barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür : http://www.bankofbaku.com/az/filials-and-atms/fillials/
“Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.
Bank of Baku
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət