“Azərbaycan Dəmir Yolları” QSC (ADY) marağın bildirilməsi yolu ilə inkişaf biznes-planının hazırlanması üçün məsləhətçi seçir. Bu barədə QSC-nin tender elanında bildirilir.
Seçim “Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsi çərçivəsində aparılır.
Biznes-plana aşağıdakı bölmələr daxil ediləcək: xarici mühitin analizi (iqtisadi, siyasi, tənzimləyici, idarəedici və digər aspektlər); bazarın analizi (yük və sərnişin daşıma xidmətləri üçün); təşkilati strukturun təşkili və strategiyası (QSC daxilində hüquqi şəxslərin strukturu və ADY-nin əsas dəmir yolları funksiyasının idarə edilməsinin təşkili); əməliyyat və startegiyanın analizi (aktivlərin idarə edilməsi, əməliyyatlar, ətraf mühitlə bağlı məsələlərin həllində təcrübə, təhlükəsizlik, xərclər); insan resursları strategiyası və analizi; maliyyə analizi və model; inteqrasiya edilmiş strategiya, fəaliyyət və risklər planı (beşillik inkişaf planında maliyyə əməliyyatları, marketinq, əməliyyatlar və insan resursları üzrə strategiyanın inteqrasiyası).
Müqavilənin yerinə yetirilmə müddəti 7 aydır.
İddiaçıların ərizələri 2015-ci il fevralın 10-na qədər qəbul ediləcək.
Xəbər verildiyi kimi, DB 2008-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsinin reallaşdırılması üçün Azərbaycana $450 mln. məbləğində kredit ayırmağa razılıq verib. Layihənin həyata keçirilməsi üçün əlavə kredit vəsaitləri də daxil olmaqla, bankın ayırdığı vəsaitlərin ümimi həcmi $670 mln. təşkil edəcək. Bundan başqa, Çexiyanın “Eximbank”ı $215 mln., Azərbaycan hökuməti $137 mln. ayırıb.
Sözügedən layihə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin müxtəlif hissələrində əsaslı təmir işlərinin aparılmasını, Bakı-Böyük Kəsik istiqamətində daimi cərəyanın dəyişən cərəyanla əvəz edilməsini, 50 yeni lokomotivin alınmasını, qatarların sürətinin artırılmasını, dəmir yolunda xidmətin keyfiyyətinin yüksəldilməsini, rəqabət qabiliyyətinin təmin edilməsini, əməliyyat və iqtisadi səmərəliliyin artırılmasını, “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə imkanlarının genişləndirilməsini nəzərdə tutur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət