Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ildə 10,811 min hüquqpozma faktı qeydə alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
“Bu faktlardan 424-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 mln. 577 min 813 manatdan çox təşkil edib. 375 Azərbaycan vətəndaşı, 98 xarici daxil olmaqla, bu əməllərin törədilməsində şübhəli bilinən 473 nəfərin barəsində müvafiq tədbirlər görülüb”, - deyə DGK-dan qeyd ediblər.
2014-cü ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 158 fakt aşkar olunub. Ümumilikdə 178, 369 kq.-dan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 35, 926 kq tiryək, 27,037 kq marixuana, 38,454 kq həşiş, 76,669 kq heroin, 56,9 qram metadon, 221,4 qram metamfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 185nəfər barəsində müvafiq tədbirlər görülüb.
Komitənin məlumatına əsasən, aşkar olunmuş 10,387 min gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 287 hüquqi şəxs və 10,089 min fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib. Göstərilən şəxslərə qarşı 1 mln. 206,651 min manat cərimə tətbiq olunub, dəyəri 228,933 min manat olan mallar müsadirə edilib.
“Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 514,5 min ABŞ dolları, 72,1 min avro, 630 min rus rublu, 730,6 qram qızıl, 130 ədəd qızıl zinət əşyası, 62,429 kq gümüşaşkar olunub.
O cümlədən hesabat ilində 127 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən əşya, 1 mln. 910 min ədəddən çox petarda və digər pirotexnika məhsulları, 38 ədəd elektroşoker, 12 ədəd odlu silah patronu, 2 ədəd ov silahı, 64 ədəd ov silahlarının sursat və ləvazimatları, 8 ədəd qaz silahı və 57 ədəd qaz silahı üçün patron, 27 ədəd pnevmatik silah və 2398 ədəd pnevmatik silah üçün sursat, 4 kq 600 qram civə, 772 ədəd soyuq silah, 979 ədəd televizor, 1643 ədəd məişət texnikası, 1054 ədəd mobil telefon və 2183 ədəd telefon aksesuarları, xeyli miqdarda dərman vasitələri, baytarlıq və bitki dərmanları, 4 kq-dan çox qara kürü, 9470 ədəd parfümeriya və kosmetika ləvazimatları və digər mallar tutulub.
Bundan başqa, 2014-cü ildə gömrük orqanları tərəfindən aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 12 mln. 76,476 min ədəd xaricdə istehsal olunan siqaret, 1152 litr və 5792 ədəd spirtli içki saxlanılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət