2014-cü il ərzində Azərbaycanın icmal büdcəsinin profisiti 1,8 mlrd. manat və gəlirlərə qarşı 7,8% təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
“2014-cü il üçün Azərbaycanın icmal büdcəsinin profisiti 104,9% səviyyəsində icra edilib və 23,1 mlrd. manat təşkil edib, xərcləri 87,2% səviyyəsində olub və 21,3 mlrd. manat təşkil edib”, - deyə maliyyə naziri Samir Şərifov 2014-cü ilin yekunlarına dair geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, 2014-cü il dövlət büdcəsinin mədaxili 100,2% səviyyəsində icra edilib və 18,4 mlrd. manat təşkil edib, xərcləri isə 93,2% səviyyəsində icra olunub və 18,7 mlrd. manat təşkil edib.
Nazir qeyd edib ki, ötən il büdcənin bütün öhdəlikləri yerinə yetirilib.
Dövlət başçısının 2015-ci ildə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin minimum itkilərlə ötüşməsi üçün konkret göstərişlərə toxunan S.Şərifov vurğulayıb ki, bununla bağlı Maliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Xüsusilə qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinə cəlb ediləcək vergi və rüsumların əhatə dairəsinin genişləndirilməsi, əvvəlki illərdən qalmış və növbəti il üçün nəzərdə tutulan vergi və digər daxilolmaların dövlət büdcəsinə tam alınması həyata keçiriləcək.
Nazir dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edib.
S.Şərifov səmərəsi aşağı olan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsinin və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət