ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski beş il əvvəl Azərbaycan parlamentinin qəbul etdiyi "Məişət zorakılığınaqarşımübarizə haqqında" qanunun implementasiyası prosesinin tezləşdirilməsini dəstəkləyir.
“Məişət zorakılığı problemi yalnız Azərbaycanda mövcud deyil. Əfsuslar olsun ki, bu problem hər yerdə, həm Fransa, həm Amerika, həm inkişaf etmiş, həm də kasıb və zəngin ölkələrdə mövcuddur. Biz ona əsaslanırıq ki, əgər problem mövcuddursa, onu müzakirə və həll etmək lazımdır”, - deyə A.Şahtaxtinski cümə günü məişət zorakılığı problemlərinə dair ən yaxşı məqalələr mövzusunda KİV arasında müsabiqənin yekunlarına həsr olunan tədbirdə bildirib.
“ATƏT həmin qanunun işdə tətbiqinin dəstəklənməsi istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir”, - deyə o vurğulayıb.
ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi rəhbərlik etdiyi qurumla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında həm də qeyd edilən qanunun implementasiyası məsələsi üzrə sıx əməkdaşlığın mövcud olduğunu qeyd edib. A.Şaxtaxtinski ictimaiyyətin bu problem və onun aradan qaldırımasında qanunvericilik yolları haqqında məlumatlılığının artırılması işində KİV-in mühüm rolunu xüsusi qeyd edib. Bununla əlaqədar diplomat məlumat verib ki, bu problemlə bağlı ən yaxşı məqalə müsabiqəsi bu il də keçiriləcək.
Müsabiqə qaliblərini ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinin və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət xüsusi komissiya müəyyən edib.
F.Hüseynzadə
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət