"Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi tərəfindən Bank VTB (Azərbaycan)-a ölkə bankları arasında ən yüksək reytinqlərdən birinin verilməsi, Bankın yüksək etibarlılığının təsdiqidir. "Moody`s" reytinq agentliyi ilk dəfə Bank VTB (Azərbaycan)-a yerli və xarici valyutada “Ba3” səviyyəsində uzunmüddətli reytinq verib. Bankın maliyyə sabitliyi reytinqi “E+” səviyyəsində təsdiqlənib ki, bu da kredit qabiliyyətliyin baza qiyməti üzrə “b2” səviyyəsinə bərabərdir. Reytinq üzrə proqnoz "sabit"dir.
"Moody`s" öz rəsmi açıqlamasında qeyd edib ki, uzunmüddətli və maliyyə sabitliyi reytinqləri verilərkən, Agentlik Bankın əsas təsisçisi tərəfindən dəstəklənməsinə və onun VTB qrupuna sıx inteqrasiyasına əsaslanıb. Bu amillər əməliyyat, kapital və maliyyə dəstəyi baxımından bank üçün faydalı hesab olunur.
“Hazırda bank VTB (Azərbaycan) respublikada ən etibarlı və sabit banklardan biridir. Bank VTB (Azərbaycan)-ın sabitliyi və etibarlığı bankın kapitalında Rusiyanın aparıcı maliyyə qrupu olan VTB-nin iştirakı ilə təmin olunur. VTB qrupun əsas səhmdarı Rusiya dövlətidir və o, bütün öhdəliklər üzrə qarant kimi çıxış edir. 2013-cü ildən bank VTB – nin iri səhmdarlarından biri də Azərbaycan Dövlət Neft Fondudur ki, bu da bankın yüksək statusunu bir daha təsdiqləyir. Bundan başqa, bank VTB (Azərbaycan)-ın səhmlərinin 49%-i onu bütün fəaliyyət istiqamətlərində dəstəkləyən nüfuzlu yerli “Ataholdinq-ə” aiddir”, - deyə, İdarə Heyətinin Sədri Yuri Yakovlev bildirib.
Moody`s agentliyinin də rəsmi bəyanatında bildirdiyi kimi, bank VTB (Azərbaycan) biznesin aktiv artımını nümayiş etdirir. Belə ki, bank 3 il ərzində kredit portfelinin artım tempini orta hesabla 60% artırmaq, eləcə də ölkənin beş aparıcı bankları sırasına daxil olmaq niyyətindədir. Bank VTB (Azərbaycan) pərakəndə və korporativ biznes arasında balansı qoruyub saxlamağı planlaşdırır. 2012-ci ildən bank VTB (Azərbaycan) rentabelli hesab olunur. 2014-cü il 3-cü rübün sonuna bankın ROA göstəricisi 3,7 %, ROE - 18,6% təşkil edib.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 12 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət