Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, havaların kəskin soyuması, dağlıq və ağır iqlim şəraitində işğal olunmuş ərazilərimizdə dislokasiya olunan Ermənistan Silahlı Qüvvələrinin kazarma və postlarının istiliklə təmin olunmaması səbəbindən hərbi hissələrə yeni çağırılmış gənc əsgərlər arasında orta və ağıra dərəcədə pnevmoniya xəstəliyi epidemiya formasında yayılıb. Xəstəliklərin sayının artması ilə əlaqədar hərbi hissələrdə yerli komandanlıq tərəfindən karantin elan olunub.
Bu barədə Ermənistan Silahlı Qüvvələrinin hərbi tibb idarəsinin rəisi polkovnik Kamavor Xaçatryanın adına daxil olmuş məruzə-arayışda bildirilir.
Sənədə əsasən hərbi hissələrin Harut adlı hərbi həkimin rəhbərliyi ilə keçirilən təcili tibbi yoxlaması zamanı 800 nəfər şəxsi heyətin 75 faizinin soyuqdəymə və qripə yoluxaraq sıradan çıxdığı məlum olub.
Ağır infeksion xəstəlikdən əziyyət çəkən şəxsi heyətin yerləşdirildiyi Xocavənd hərbi hospitalında yer çatışmazlığı səbəbindən orta məktəblərdə dərslərin dayandırılması və binaların lazaret kimi istifadə edilməsi təklif olunur.
Məruzə-arayışda müalicə üçün ixtisaslı həkimlərin, lazımi preparatların yoxluğu, bu səbəbdən də əsgər valideyinlərinin özlərinin dərmanları alması da qeyd olunur.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət