Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ildə kredit təşkilatları vasitəsilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kreditlər verib. Bu barədə fondun kreditləşmə sahəsində fəaliyyətinə dair rəsmi mətbuatda dərc edilmiş hesabatda qeyd edilir.
Xəbər verildiyi kimi, 2013-cü ildə fondun vəsaitləri hesabına sahibkarlara 275 mln. manat məbləğində kredit verilib. Beləliklə, 2014-cü ildə SKMF-in xətti ilə kreditləşmənin həcmi 7,3% artıb.
“2014-cü il ərzində SKMF-in vəsaitləri hesabına 5560 layihə maliyyələşdirilib (artım 24,4% - İF-Az)”, - deyə hesabatda qeyd edilir.
Bu layihələrin kreditləşməsi 12,564 min yeni iş yerininyaradılmasına imkan verəcək (artım 4,3% - İF-Az).
Hesabat ilində sənaye məhsullarının istehsalı və emalı sahəsində 50 mln. 981,5 min manat məbləğində 189 layihə, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 164 mln. 191 min manat məbləğində 5344 layihə, kənd təsərrüfatı məhsullarının emalı sahəsində 22 mln. 204,5 min manat məbləğində 11 layihə, xidmətlər (infrastruktur) sahəsinin inkişafı üzrə 57 mln. 623 min manat məbləğində 16 layihə maliyyələşdirilib.
SKMF-in məlumatına görə, ötən il ərzində ümumilikdə 223 mln. 588,5 min manat məbləğində 63 xüsusi iri kredit, 63 mln. 902 min manat məbləğində 5449 kiçik kredit, 7 mln. 509,5 min manat məbləğində 48 orta kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət