Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi sahəsində “İnkişaf üçün Maliyyə” bank olmayan kredit təşkilatı (BOKT) ilə əməkdaşlığa başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RYTN-dən məlumat verilib.
“Bağlanmış müqaviləyə əsasən BOKT-un müştəriləri elektron arayışlar ala biləcəklər. BOKT-un müştəriləri ölkənin 8 regionunda yerləşən 10 filialda da bu xidmətdən faydalana biləcəklər”, - deyə RYTN-dən bildirilib.
Məlumat Hesablama Mərkəzi vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi sahəsində artıq "Bank of Baku", "Unibank", "AccessBank”, “Muğanbank”, “Bank Respublika” və “Bank BTB” “AGBank”, “Rabitəbank” və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq qurub.
RYTN-in məlumatına əsasən, 2014-cü ilin sentyabr-dekabr aylarında banklar 275,937 min dəfə bu xidmətdən istifadə ediblər. Bununla yanaşı, 2014-cü ilin dekabr ayında banklar bu xidmətdən 25,612 min dəfə istifadə ediblər.
Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlara dövlət və özəl təşkilatlar tərəfindən tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədilə yaradılıb. Vətəndaşlar bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanı əldə edirlər.
Bu xidmət vətəndaşlara 7 dövlət qurumundan elektron qaydada arayış almağa imkan verir. Gələcəkdə vətəndaşa aid fərdi məlumat üzrə elektron arayışlar verən dövlət qurumlarının sayının artırılması planlaşdırılır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət