Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə dair sərəncam imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Əziz Şərifin (Əziz Qurbanəli oğlu Şərifzadə) 1895-ci ildə Naxçıvan şəhərində anadan olan Əziz Şərif ilk təhsilini görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin “Tərbiyə” məktəbində, sonra isə Tiflis gimnaziyasında alıb”, - deyə sərəncamın mətnində bildirilir.
Qeyd edilir ki, 1943-cü ildə M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirən Əziz Şərif 1950-1961-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda işləyib, 1962-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, 1960-1964-cü illərdə isə həmin universitetdə kafedra müdiri olub.
Tiflisdə oxuduğu dövrlərdə Cəlil Məmmədquluzadə və digər “Molla Nəsrəddin”çilərlə tanışlığı Əziz Şərifin elmi və ədəbi fəaliyyətində mühüm rol oynayıb. Təsadüfi deyil ki, o, ilk ədəbi fəaliyyətinə də 1906-cı ildə “Molla Nəsrəddin” jurnalında başlayıb və burada “Naxçıvandan məktublar” məqaləsini dərc etdirib.
“Maraqlı həyat və zəngin yaradıcılıq yolu keçən Əziz Şərif ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində səmərəli fəaliyyət göstərib, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının az tədqiq olunan ədəbi şəxsiyyətləri haqqında qiymətli əsərlər yazıb. Çoxlu məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və monoqrafiyaların müəllifi olan Əziz Şərifin elmi fəaliyyəti və axtarışları nəticəsində Azərbaycanın görkəmli yazıçılarının bir sıra əsərləri, XIX-XX əsrlərə dair çoxsaylı məktublar, sənəd və fotoşəkillər, qiymətli əlyazma materialları aşkarlanaraq elmi və ədəbi mühitə təqdim edilib.
Sənəddə Əziz Şərifin bədii tərcümə və publisistika sahəsində də səmərəli fəaliyyət göstərməsi qeyd edilib.
Sərəncama əsasən, görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı” təsdiq ediləcək.
Q.Hüseynova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət