2014-cü ildə Azərbaycan İpoteka Fondunun xətti ilə respublikanın 2240 vətəndaşı ipoteka krediti alıb. Bu barədə fondun saytında dərc edilmiş məlumatda qeyd edilir.
Məlumata əsasən, 1 yanvar 2015-ci il tarixinə verilən kreditlərin ümumi sayı 15842 təşkil edir, 1 yanvar 2014-cü il tarixinə isə bu göstərici 13602 kredit olub.
O cümlədən 2007-2014-cü illərdə 3,520 min güzəştli (sosial) ipoteka krediti, 2014-cü ildə 1135 kredit verilib. 2006-2014-cü illərdə kommersiya şərtləri ilə 12,322 min borc alan, 2014-cü ildə isə 1105 borc alan ipoteka krediti götürüb.
2006-2014-cü illərdə AİF 557 mln. 370,6 min manat məbləğində ipoteka krediti, o cümlədən 435 mln. 156,61 min manat məbləğində kommersiya şərtləri ilə ipoteka krediti üzrə maliyyələşdirmə həyata keçirib.
18-29 yaş arasında olan (bütün ipoteka kreditlərinin 37,9%-i), 30-35 yaş arasında olan (33,1%) və 36 yaşdan yuxarı şəxslər (29%) daha tez-tez ipoteka krediti götürür.
Borc alanların 32,8%-i dövlət sektorunda, 59,6%-i şirkət və firmalarda, 23,8%-i maliyyə-bank sektorunda, 13,8%-i neft-qaz sektorunda çalışır.
Fondun məlumatına görə, verilmiş ipoteka kreditlərinin 93%-i çoxmərtəbəli binalarda mənzil alınması, 7%-i fərdi evlərin alınması ilə bağlı olub. Bununla yanaşı, ipoteka kreditlərinin 41,8%-i 40-60 kv. metr sahəsi olan mənzillərin, 29,8%-i 60-80 kv. metr sahəsi olan mənzillərin, 10,8%-i 80-100 kv. metr sahəsi olan mənzillərin, qalanı isə digər sahələrə malik mənzillərin alınması üçün verilib.
Bütövlükdə ipotekaya götürülmüş mənzillərin 56,4%-i 30-60 min manat, 34,7%-i 60-90 min manat, 4,3%-i 90-120 min manat, 2,9%-i 30 min manata qədər, 1,7%-i 120 min manatdan yuxarı məbləğdə olub.
Ailəli şəxslər (67,9%), kişilər (82,7%) daha çox mənzil ipotekaya götürür. Borc alanların 33,9%-nin aylıq gəliri 1100 manatı, 21,7%-nin - 700-900 manatı, 19,1%-i - 500-500 manatı ötür.
Fondun məlumatına görə, verilən ipoteka kreditlərinin ümumi sayından 11120-si Bakı şəhərinin payına düşür. Paytaxtda daha çox Xətai rayonunda (22,3%), Yasamal rayonunda (15,8%) və Binəqədi rayonunda (14,2%) mənzil ipotekaya götürülür. Ən az ipoteka paytaxtın Qaradağ (2,6%) və Səbail rayonlarında (3,9%) mənzil alışı üçün verilir.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət