«Bank Technique» ASC körpə Təhminə Quliyevanın gözlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan əməliyyatın xərclərini öz üzərinə götürüb. Bank həmçinin körpənin və onun anasının nəqliyyat məsrəflərini də ödəyib.
Qeyd edək ki, Təhminə 2014-cü ilin yayında dünyaya göz açmış iki əkiz uşaqdan biridir. Müayinə zamanı həkimlər onda prematorial retinopatiya (gözün tor qışası damarlarının anormal inkişafı ilə müşayiət edilən ağır göz xəstəliyi) və hər iki gözün kataraktası diaqnozunu müəyyən ediblər.
Statistikaya görə, bütün dünyada retinopatiya xəstəliyi erkən doğulmuş körpələrdə korluq və zəif görmənin əsas səbəblərindən hesab edilir. Gözlərində artıq bir neçə cərrahiyə əməliyyatı keçirilmiş Təhminənin yaxın gələcəkdə sağalaraq normal həyata davam etməsini böyük ümid və səbirsizliklə gözləyirik.
Qeyd edək ki, əməliyyata xərclənən pul vəsaiti bank tərəfindən Bakıda təşkil edilmiş “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından əldə olunub və əvvəlcədən elan olunduğu kimi, bütün toplanmış vəsait xeyriyyə işlərinə xərclənib.
“Bank Technique” davamlı olaraq korporativ sosial məsuliyyət layihələrini həyata keçirir, o cümlədən uşaq tibbi sağlamlığına da mütəmadi dəstək göstərir.
Məlumat üçün:
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda “Bank Technique”in 29 filial və 26 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət