Bu gün Bakıda “Rossiya seqodnya” (“Rusiya bu gün”) Beynəlxalq Mətbuat Mərkəzi və Qafqaz Tarixi Mərkəzinin “Diqqət , tarix!” layihəsinə start verilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi məlumata əsasən, tədbirin daimi moderatorları tarixçi, publisist Rizvan Hüseynov və politoloq İlqar Verdizadədir.
Layihə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan və digər ölkələrin tarixçiləri, siyasətçiləri və ictimai xadimləri ilə Azərbaycan və Cənubi Qafqazın tarixində yadda qalan günlərə həsr olunmuş müzakirə və dəyirmi masaların keçirilməsini nəzərdə tutur.
Hazırkı tədbirin mövzusu Azərbaycanın tarixi ərazilərinə həsr olunub. Bu tədbirdə Azərbaycanın 1918-ci ildə yaranmasını iddia edən bəzi ictimai-siyasi xadimlərə əsaslı dəlillərlə cavab verilib.
R.Hüseynov qeyd edib ki, tarix - hər bir xalqın dünyaya öz milli maraqları prizmasından təqdim etdiyi vasitədir.
“Təəssüf ki, bu gün mütəxəssislərin əksəriyyətinin istifadə etdiyi tarix formatı Sovet İttifaqı dövründən qalmadır. Buna görə də bu gün müşahidə olunan proseslər yekun olaraq hər zaman istənilən nəticəni vermir”, - deyə o qeyd edib.
R.Hüseynovun sözlərinə görə, yaxın və uzaq xarici ölkələrdə arxiv sənədləri saxlanılır ki, bunların əsasında ölkənin həqiqi tarixini tərtib etmək olar.
“Qonşu və uzaq xarici ölkələrdə saxlanılan və bizim əlimizə çatmamış arxiv materialları var. Buna görə də biz həmişə öz tariximizi İran və Rusiyanın məlumatlarına əsaslanaraq yazmağa məcbur olmuşuq. Bununla əlaqədar olaraq Azərbaycana aid tarixi materialları əldə etmək bizim üçün çox vacib idi”, - deyə o bildirib.
R.Hüseynov ölkənin bəzi ictimi-siyasi şəxslərinin Azərbaycanda dövlətçiliyin 1918-ci ildə yaranmasına dair fikirləri ilə razılaşmadığını bildirib.
“Daha əvvəl aparılmış araşdırmalar nəticəsində əminliklə deyə bilərəm ki, Azərbaycanın dövlətçilik tarixi 1600-1700 il təşkil edir. 350-dən çox tarixi mənbədə bu barədə qeyd edilib”,- deyə o vurğulayıb.
Onun sözlərinə görə, qədim Yunan-Roma dövrü, orta əsrlər fars, erməni, gürcü, eləcə də ərəb mənbələri, VII əsrdən XVV-XVIII əsrə qədər Avropa və Rusiya mənbələrində bu barədə məlumatlar var.
“Qədim imperiyalar öz sənədlərində burada hansi siyasi vəziyyətlə üzləşdiklərini, hansı qurumlarla iş gördüklərini, kiminlə döyüşdüklərini və kimlərlə saziş bağladıqlarını qeyd ediblər. Biz bütün bu arxiv sənədlərini araşdırmağa və media strukturlar vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırmağa maraq göstərməliyik. Azərbaycan dövlətçiliyinin 1918-ci ildən başladığını söyləyənlərə isə demək istəyirəm ki, bu, Şərqdə ADR adlı ilk demokratik müsəlman dövlətinin yaranması tarixidir”,- deyə R.Hüseynov əlavə edib.
“Bu o demək deyil ki, o vaxta qədər Azərbaycan xalqının dövlətçiliyi olmayıb. Bu əraziyə gəlmiş ən son imperiya Rusiya imperiyasıdır. Bu imperiyanın açıq və gizli bütün sənədlərində Azərbaycan ərazisi aydın şəkildə təsvir edilib. Bura İrəvan, Qarabağ, Gəncə, Bakı, Dərbənd, Quba, Lənkəran xanlıqlarından tutmuş Həmədan, Ərdəbil, Təbriz, Maku və s. şəhərlərin adları daxil edilib.
Onun sözlərinə görə, fakt budur ki, XVIII-XIX əsrlərdə bu ərazilərdə bugünkü Azərbaycan dilində danışan 20-yə yaxın xanlıq olub.
“Qacarlar, Osmanlı və Rusiya imperiyalarının mənbələrində bu xanlıqlar Azərbaycan ərazisi kimi qeyd edilir. Bunlar ərazinin, etnik əhalinin göstərildiyi sənədlərdir. Rusiya imperiyası 30 ilə yaxın Azərbaycan bəylərbəyisi ilə döyüşüb. Bu, Azərbaycan hökmdarı Abbas Mirzə idi. Onun bəylərbəyliyinin paytaxtı Təbriz şəhəri olub. Fars dövləti deyəndə bir qədər qarışıq təsəvvür yaranır. Sanki Rusiya imperiyası ilə farslar müharibə aparıblar. Xeyr, müharibə aparan Azərbaycan hökmdarı idi və onun qoşununda döyüşənlərin əksəriyyəti azərbaycanlılar idi”, - deyə o qeyd edib.
Tarixçi, həmçinin söyləyib ki, əgər tarixi təkrar araşdırsaq, görərik ki, 16-cı əsr erməni mənbələrində qeyd edilir ki, qədim dövrlərdə üç kilsə adlandırılmış Eçmiədzin və İrəvan (indiki Yerevan - İF-Az) Azərbaycan və ya onların katalikoslarının dediyi kimi, Atropatakan ərazisi olub.
Öz növbəsində AMEA-nın elmi əməkdaşı Elşad Əlili əmindir ki, “1918-ci ilə qədər Azərbaycan dövlətçiliyi olmayıb” fikri yalan informasiya və ideoloji təxribatdır”.
“Onların dəstəklədikləri birinci fikir budur ki, guya Araz çayının şimal hissəsindəki ərazilər 1918-ci ilə qədər heç bir zaman Azərbaycan adlanmayıb. İkincisi, 1918-ci ilə qədər heç bir zaman Azərbaycan dövləti mövcud olmayıb. R.Hüseynovun qeyd etdiyi kimi, ən azından orta əsrlər tarixində bu ərazilər Azərbaycan kimi tanınırdı. Faktlar kifayət qədərdir”,- deyə o qeyd edib.
E.Əlili söyləyib ki, 1947-ci ilə qədər Çin adlı dövlət olmayıb, bu o demək deyil ki, çinlilərin dövlətçilik ənənələri yoxdur.
“Çin tarixi xanədanlıqlar kimi tanınır və bu sülalələrdən ən sonuncusu Xan adlanırdı. Tarixdə, həmçinin Ərəbistan adlı dövlət da olmayıb. Bu da ərəblərin dövlətçilik ənənəsi olmayıb anlamına gəlməz. Ərəb xilafəti Hindistandan Kordovaya qədər hökmranlıq edib”, - deyən AMEA nümayəndəsi əlavə edib ki, Şərqdə dövlətlər toponim adlarla deyil, hakim sülalənin adı ilə adlanırdı.
“Onun fikrincə, bu ideoloji təxribatın arxasında üç dövlət dayanır - Azərbaycan sözündən qorxan bizim cənub qonşumuz, Arazdan şimalda Azərbaycan adlı dövlətin olmaması, yəni ermənilərin heç bir zaman Azərbaycan hökmdarlarının tabeliyi altında yaşamaması barədə yalan məlumat yayan qonşu Ermənistan və Azərbaycan dövlətinin Rusiya imperiyası sayəsində yarandığını söyləyən şimal qonşumuz.
“Bu üç dövlətin tarixçiləri tarixi saxtalaşdıraraq bizə qarşı ideoloji silah kimi istifadə edirlər”, - deyə o qeyd edib.
F.İsazadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət