Daxili işlər nazirinin müavini Oruc Zalov ölkədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrin olduğunu söyləyib.
“Daxili işlər orqanları sabitliyi qorumaq üçün bütün lazımi tədbirləri görür. Bəzi güclər, dövlətlər, qruplar və ayrı-ayrı şəxslər var ki, ölkədə sabit vəziyyətə qısqanclıqla yanaşır və bunun pozulmasında maraqlıdırlar”, - deyə O. Zalov Polis Akademiyasında keçirilmiş tədbirdə çıxışı zamanı bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanda zaman-zaman radikal dini qurumların kiçik həmlələri nəzərə çarpır.
“Bəzən radikal dini qurumların və ayrı-ayrı şəxslərin cüzi həmlələri müşahidə olunur. Daxili işlər orqanlarının əməkdaşları bu cəhdlərin qarşısını alırlar”, - deyə o qeyd edib.
O.Zalov söyləyib ki, Azərbaycanda bütün millətlərin nümayəndələri ölkənin inkişafı üçün birlikdə çalışıblar.
“Ölkədə heç bir zaman dini və etnik zəmində qarşıdurma olmayıb. Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələri ölkənin inkişafı naminə çiyin-çiyinə çalışıblar”, - deyə nazir müavini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil edilmiş tədbir radikal qrupların fəaliyyəti ilə bağlı maarifləndirmə məqsədi daşıyır.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət