Bu gün Pakistanın Bakıdakı səfirliyində Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Pakistan səfiri Xaled Usman Qayser Kəşmir və Qarabağ münaqişələrinin oxşarlığını qeyd edib.
“Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpağıdır, Kəşmir isə Kəşmir xalqının BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təsdiq edilmiş öz müqəddəratını təyin etmə hüququnu inkar edən Hindistan tərəfindən işğal edilmiş mübahisəli ərazidir”, - deyə diplomat qeyd edib. Səfir iki münaqişənin oxşar cəhətləri arasında BMT qətnamələrinə əməl edilməməsi, beynəlxalq hüququn pozulması, Qarabağda olduğu kimi Kəşmirdə də əhalinin zorla köçürülməsi, insan hüquqlarının pozulması, dini abidələrin təhqir edilməsi, tarixi və mədəni abidələrin məhv edilməsi, atəşkəs rejiminin pozulması, işğal edilmiş ərazilərdə demoqrafik dəyişikliklərin edilməsi hallarını da sadalayıb.
O qeyd edib ki, Azərbaycan və Pakistan münaqişələrin dinc yolla həllinin axtarışındadır. Öz maraqları xatirinə Kəşmir münaqişəsinə göz yumanlar insanlıq tarixində ədalətin tərəfində dayanmırlar.
Səfir, həmçinin deyib ki, Hindistanın Kəşmiri işğal etdiyi gündən bəri 94 mindən çox kəşmirli şəhid olub, 10 mindən çox qadın təcavüzə məruz qalıb, 106 mindən çox ev dağıdılıb, 23 minə yaxın qadın dul, 107 min uşaq yetim qalıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət