Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 17-dən 21-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
Səfərdə məqsəd ATƏT PA-nın 14-cü qış sessiyasında iştirak etməkdir.
Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Milli Məclisin deputatı, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev və deputat Ağalar Vəliyev daxildirlər.
Sessiya çərçivəsində “ATƏT PA-nın Aralıq dənizi forumu” keçiriləcək. Forumda “Aralıq dənizi regionunda təhlükəsizliyə və əməkdaşlığa dəstək” məsələsinə dair açıq diskussiyalar aparılacaq.
Sonra deputatlarımız qurumun Ümumi komitələrinin iclaslarında iştirak edəcəklər.
Demokratiya, insan hüquqları və humanitar məsələlər Ümumi komitəsində “Miqrantların və qaçqınların insan hüquqları” barədə geniş fikir mübadiləsi aparılacaq.
Siyasi məsələlər və təhlükəsizlik Ümumi komitəsinin iclasında komitənin sədr müavini Azay Quliyevin çıxışından sonra “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə” mövzusu ətrafında xüsusi müzakirələr olacaq.
Üç Ümumi komitənin birgə iclaslarında bir sıra müraciətlər oxunacaq, gender məsələləri ətrafında fikir mübadiləsi aparılacaq, “Ukraynadakı və Ukrayna ətrafındakı böhrana ATƏT-in münasibəti” xüsusi araşdırılacaq, eləcə də digər məsələlərə baxılacaq.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət