Azərbaycanın dini konfessiyalarının rəhbərləri dünya dini liderləri, parlamentləri, beynəlxalq təşkilatlar və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Xocalıda baş verən faciəni soyqırım aktı kimi tanınması üçün müraciət ediblər.
“Milyonlarla azərbaycanlının iradə və hisslərini ifadə edərək, dini, dili, irqi və milli mənsubiyyətinə görə fərq qoymadan bütün dünya ictimaiyyətinə Azərbaycan şəhəri Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımın 23-cü ildönümü ərəfəsində müraciət edirik. Elə bir xalq, elə bir din ola bilməz ki, ümumbəşəri mənəvi dəyərlərə zidd olan zorakılıq, qətl, təcavüz kimi qeyri-insani cinayət əməllərinə haqq qazandırsın”, - deyə müraciətdə qeyd olunur.
Konfessiyaların rəhbərləri vurğulayırlar ki, faktlar tarix boyu erməni ekstremistlərinin azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini sübut edir.
“Zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, maddi və mənəvi terror gerçəkləşdirmiş erməni ekstremistləri ərazimizin 20%-ni işğal etmiş, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etmişlər. Xocalıda dinc əhaliyə qarşı həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi olmuşdur”, - deyə müraciətdə deyilir.
Sənəddə təəssüflə qeyd edilir ki, iyirmi ildən artıq müddət keçməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının erməni qəsbkarlarının zəbt olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 məlum qətnaməsinin şərtləri bugünədək yerinə yetirilməyib.
“Belə cəzasızlıq isə, öz növbəsində, analoji cinayətlərin təkrarlanmasına rəvac verir”, - deyə müraciətin müəllifləri vurğulayırlar.
Konfessiya liderləri əmindirlər ki, beynəlxalq müstəvidə tarixi faktlara əsaslanmayan bəzi hadisələrin üzərindən bir əsrin keçməsinə baxmayaraq, işgalçı Ermənistan dövləti tərəfindən siyasiləşdirilərək soyqırım kimi təlqin olunması meylləri hələ də davam edir.
“Heç bir tarixi həqiqətə söykənməyən uydurma erməni soyqırımının tanıdılması cəhdləri, özlərini «soyqırım qurbanları» kimi qələmə vermələri, ildönümlərinin qeyd edilməsi tarixin siyasi məqsədlərlə saxtalaşdırılmasından başqa bir şey deyildir. Bu saxta iddialara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək və ədalət öz yerini tutacaqdır!”, - deyə onlar vurğulayırlar.
“Biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyadan olan din xadimləri Vətənimiz Azərbaycanın ayrılmaz parçası olan Qarabağda, o cümlədən Xocalıda şəhid olmuş insanların xatirəsini əziz tutur, bütün dünya xalqlarına sülh, səadət və rifah diləyirik. Hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Buna görə də üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara və İnsan hüquqları üzrə Avropa Məhkəməsinə tutaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına, cinayətkar əməllərə prinsipial siyasi, hüquqi qiymət verilərək günahkarların cəzalandırılmasına və Xocalıda törədilən kütləvi qırğının soyqırım aktı kimi tanınmasına çağırırıq”, - deyə onlar qeyd edirlər.
Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı katolik icmasının rəhbəri Vladimir Fekete imzalayıblar.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət