ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidməti məlumat verir.
İndiana ştatının senatorları və “Azərbaycanın Dostları Assambleyası” (AFAZ) tərəfindən hazırlanmış tədbirdə Senat və Nümayəndələr Palatasının üzvləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və Amerikada Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Qanunverici orqanın nümayəndələri Azərbaycana qarşı hələ də davam edən təcavüzdən, Xocalıda yüzlərlə günahsız insanın misli görünməyən qəddarlıqla qətlə yetirilməsindən danışıblar.
Xocalı soyqırımının tanınması ilə bağlı keçən il İndiana ştatı Senatı tərəfindən qəbul edilmiş qətnamənin əsas müəllifi olan senat çoxluğunun lideri respublikaçı senator Brent Hershman Xocalı faciəsini törədənlərin hələ də lazımi cəzasını almadıqlarından təəssüfləndiyini bildirib: “On illər keçdikdən sonra biz həyatlarını vətən yolunda qurban vermiş qəhrəmanlarımızın xatirəsini yad etdiyimiz kimi, Xocalı qurbanlarının da xatirəsini yad edirik”. O, Azərbaycanın terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqi olduğunu vurğulayıb.
İki ölkə arasındakı münasibətləri müsbət xarakterizə edən natiqlər bu kimi tədbirlərin Amerika cəmiyyətinin dost ölkə olan Azərbaycanın çətinlikləri barədə məlumatlandırılmasında vacib rolunu vurğulayıblar. Eyni zamanda Azərbaycan və İndiana ştatı arasında əlaqələrin daha da inkişaf etməsi üçün potensial imkanlar olduğunu bildiriblər.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov Xocalının işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin yüzlərlə günahsız sakininin qəddarcasına məhv edildiyini, bunun Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində məqsədyönlü etnik təmizləmə apardığının daha bir sübutu olduğunu söyləyib.
Azərbaycanlı diplomat bu tədbirin vacibliyindən danışaraq İndiana ştatının Xocalı soyqırımını rəsmi tanıyan ştatlar sırasında olduğuna görə İndiana rəsmilərinə təşəkkürünü bildirib.
O, Xocalı qətliamının beynəlxalq ictimaiyyət tərəfindən tədricən tanınmasının bu kimi faciələrin gələcəkdə baş verməsinin qarşısını almağa doğru atılan addım kimi qiymətləndirib.
Müşavir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və bu münaqişə ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş müvafiq sənədlər əsasında həll olunması məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Diplomat iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını, Azərbaycanın terrorçuluğa qarşı mübarizə, enerji təhlükəsizliyi və digər sahələrdə ABŞ üçün önəmini qeyd edib.
İndiana ştatı Xocalı soyqırımını rəsmi şəkildə tanımış ABŞ ştatları sırasına daxil olub.
R.Babayev, Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət