Rəsmi Bakı Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı məkanında mövcud münaqişələrin həllinə seçmə üsulla yanaşmasından narahatdır. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bəyan edib.
“Avropa İttifaqından münaqişələrin həllinə dəstək məsələlərində eyni yanaşma gözləyirik. Gözləntilərimiz ondan ibarətdir ki, Aİ Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə Ukrayna, Moldova və Ukraynada münaqişələrin tənzimlənməsinə yanaşdığı kimi yanaşsın”, - deyə M.Məmmədquliyev çərşənbə günü ADA Universitetində Latviya diplomatlarının iştirakı ilə “Şərq tərəfdaşlığı” ölkələrinin Aİ ilə münasibətlərinin inkişafına həsr olunmuş “Latviyanın Avropa İttifaqı Şurasında sədrliyi” mövzusunda dəyirmi masada bildirib.
Nazir müavini Avropa İttifaqı ölkələrinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində zəif iştirakı ilə əlaqədar narahatlıq ifadə edib.
“Biz Azərbaycan, Moldova, Ukrayna və Gürcüstanda mövcud münaqişələrin həlli məsələlərində heç bir xüsusi səbəb olmadan ayırıcı xəttin çəkilməsinin şahidi oluruq. Münaqişələrin həllinə müxtəlif münasibətin mövcud olduğunu göstərən seçmə üsul göz qabağındadır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri münaqişələrin tənzimlənməsi məsələsində ərazi bütövlüyü, suverenlik, dövlətlərin sərhədlərinin toxunulmazlığı məsələsinə hörmətlə yanaşmalıdırlar.
“Biz dəfələrlə bu məsələni qaldırmışıq, lakin hələlik bu istiqamətdə müsbət nəticələr müşahidə olunmur. Əgər Ermənistan-Azərbaycan münaqişəsi zamanında dərindən təhlil olunsaydı və Avropa dövlətlərinin diqqət mərkəzində qalsaydı, o zaman biz bu gün Ukraynada münaqişənin yaranmasının şahidi olmazdıq”, - deyə nazir müavini vurğulayıb.
M.Məmmədquliyev qeyd edib ki, Bakı Avropa İttifaqı tərəfindən münaqişələrə qarşı nümayiş olunan müxtəlif yanaşmadan narazıdır.
“Krımla bağlı vəziyyətdə sanksiyalar tətbiq olunur, bu sanksiyalara əsasən həmin ərazi ilə heç bir iqtisadi münasibətlərin saxlanılmasına icazə verilmir. Bu gün Dağlıq Qarabağda nə görürük? Avropa şirkətləri separatçı rejimlə əməkdaşlıq edir. İnanmaq istərdik ki, Aİ Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması və münaqişənin ədalətli həllini tapması məqsədilə Ermənistana təzyiq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirəcək”, - deyə o vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət