Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnin iştirakı ilə “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsinin açılışı olub.
Ali Məclisin sədri bildirib ki, ölkəmizdə insan kapitalının formalaşmasında təhsilin digər pillələri kimi, ali təhsilin də rolu əvəzsizdir.
“Bu mənada Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ali məktəbə, ali təhsilin təşkilinə ciddi diqqət yetirilir. Ölkəmizin ali məktəblər ailəsinin layiqli üzvü olan Naxçıvan Dövlət Universiteti fəaliyyət istiqamətinə görə möhkəm milli əsaslara malik olan ali məktəbdir. Bu təhsil ocağında yeni tədris korpusları istifadəyə verilib, maddi-texniki baza xeyli möhkəmlənib, tədris müasir dünya təhsilinin tələblərinə uyğun qurulub. Bu da kadr hazırlığını xeyli yaxşılaşdırıb, yeni ixtisaslar açılıb. Bu gün Naxçıvan Dövlət Universiteti böyük və davamlı inkişafa malikdir. Aparılan məqsədyönlü işin, həyata keçirilən kompleks və sistemli tədbirlərin nəticəsidir ki, Naxçıvan Dövlət Universiteti son illərdə təlimin müvəffəqiyyət və keyfiyyət göstəricilərinə görə Azərbaycanın ali məktəbləri arasında layiqli yerini tutub. Bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Təhsil siyasəti üzrə təşəbbüskarlıq” istiqaməti əsasında Azərbaycanın ali təhsil müəssisələrinin reytinq cədvəlində Naxçıvan Dövlət Universiteti birinci yeri tutub”,- deyə V.Talıbov qeyd edib.
O deyib ki, əldə olunan nailiyyətlər Naxçıvan Dövlət Universitetinə dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə faydalı əməkdaşlıq əlaqələri qurmaq imkanı yaradıb. Bu gün Naxçıvan Dövlət Universiteti dünyanın 80-ə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsidir ki, universitetdə 360-a yaxın xarici tələbə təhsil alır.
Naxçıvan Dövlət Universitetinin faydalı tədris, elmi və tələbə mübadiləsi apardığı ölkələrdən biri də Koreya Respublikasıdır.
“2013-cü ildə Azərbaycan Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılmasına dair Qrant Sazişi imzalanıb və layihənin icrasına başlanılıb. Bu layihə miqyasına görə Koreyanın xarici ölkələrdə həyata keçirdiyi ən böyük layihələrdəndir. Yaradılan yeni sistem Naxçıvan Dövlət Universitetində idarəetmənin təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsinin təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir”, - deyə V.Talıbov vurğulayıb.
Ali Məclisin sədri bütün bunlara görə Cənubi Koreya Respublikası hökumətinə minnətdarlığını bildirib, layihənin uğurlu icrasına görə bu ölkənin Azərbaycandakı səfirliyinə və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinə təşəkkür edib.
Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək deyib ki, hazırda Naxçıvan Dövlət Universitetində 58 ixtisas üzrə 5349 tələbə təhsil alır.
Tədbirdə səfir Çoi Suk-İn çıxış edərək deyib ki, “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi Koreya Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafının daha bir ifadəsidir.
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi kamera-nəzarət sistemi, server və texniki təminat otaqlarından ibarətdir. Mərkəzdə 30 terabayt həcmində xüsusi serverlər və internet paylaşdırıcılar yerləşdirilib, 202 IP telefon quraşdırılaraq universitet vahid telefon şəbəkəsinə qoşulub. Mərkəzi server xüsusi təhlükəsizlik proqramları ilə təchiz olunub, otaqlarda yanğından mühafizə və kartla giriş sistemi yaradılıb. Kamera-nəzarət sisteminə birləşdirilən 47 videokamera vasitəsilə imtahanların gedişini birbaşa izləmək, yaddaşda saxlamaq və universitet ərazisinə nəzarət etmək mümkündür.
“Universitet” televiziyasında yaradılan yeni infrastruktur videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə də imkan verəcək. Layihəyə uyğun olaraq 350 kompüter alınıb, universitetin fakültələrində 15 elektron kürsülü auditoriya, hər biri 29 kompüterlə təmin edilmiş 12 imtahan otağı yaradılıb. Həmçinin elektron kitabxanada yeni internet mərkəzi istifadəyə verilib.
Q.Hüseynova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət