Səudiyyə Ərəbistanında keçirilmiş birgə iclasda krallıq və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi məsələsi əsasmüzakirə mövzusu olub. İclasda Azərbaycanın Ər-Riyaddakı səfiri Rasim Rzayev iştirak edib.
Ərəb KİV-lərinin məlumatına əsasən, səfirin Abdulla Bin Məhəmməd Əl-Naserin rəhbərlik etdiyi Azərbaycanla parlament dostluq komitəsinin üzvləri ilə görüşündə müxtəlif sahələrdə ikitərəfli münasibətlər, xüsusən iqtisadi, investisiya, eləcə də parlamentlərarası əməkdaşlığa aid məsələlər müzakirə olunub.
Bundan başqa, tərəflər Bakı və Ər-Riyad arasında birbaşa hava əlaqəsinin yaradılması imkanlarını müzakirə ediblər.
Səudiyyə Ərəbistanı KİV-lərinin qeyd etdiyinə görə, Azərbaycan Sovet İttifaqından ayrılıb müstəqillik qazandığı dövrdən öz xarici siyasi səylərini regiondakı böyük dövlətlər arasında münasibətlərdə balans yaratmağa və Avropa ilə möhkəm əlaqələr qurmağa yönəldib.
Səudiyyə Ərəbistanı Azəbaycanın müstəqilliyini tanıyan və Ermənistanla müharibəyə məruz qalan zaman ona ilk yardım edən ölkələrdəndir.
KİV-lər yazır ki, bu gün iki ölkəni bir çox ümumi cəhətlər birləşdirir. İlk növbədə Azərbaycan və Səudiyyə Ərəbistanı böyük neft və qaz istehsalçılarıdır, hər iki ölkə böyük inkişaf proqramlarının maliyyələşməsinə yönəlmiş fəal vergi-büdcə siyasəti yürüdür. Bundan başqa, hər iki ölkə xaricdə uzunmüddətli investisiya proqramları həyata keçirir və bütün bu istiqamətlər həm rəsmi, həm də özəl səviyyədə qarşılıqlı faydalı əməkdaşlığın təməlini qoya bilər.
Bundan başqa, Azərbaycan zəngin mədəniyyətə malik ölkədir. Respublika uzun əsrlər boyunca bir neçə sivilizasiyanın kəsişməsində yerləşib ki, bu da milli mədəniyyətdə öz əksini tapıb.
2013-cü ilin dekabr ayında Səudiyyə Ərəbistanının nümayəndə heyətinin Azərbaycana səfəri zamanı tərəflər respublikanın neft-kimya, neft emalı sahələrinə sərmayə yatırmaq barədə razılığa gəliblər. Hər iki ölkənin hökumətləri ümumilikdə 12 iqtisadi saziş imzalayıb, ondan çox sənəd hazırlıq mərhələsindədir. Ər-Riyad və Bakı iqtisadi əməkdaşlıqla yanaşı, mədəniyyət və təhsil sahələrində də əməkdaşlığı gücləndirmək niyyətindədir.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət