Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQK) 2014-cü il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyətinə həsr olunmuş dəyirmi masa keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Tədbirdə çıxış edən DQK-nın sədri Vəfadar Misirov qeyd edib ki, 2007-ci ildən 2014-cü ilə qədər komissiyaya sənəd təqdim etmiş 58 mindən çox vətəndaşdan 5,5 min nəfəri namizəd kimi qeydə alınıb.
“4786 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub”, - deyə o qeyd edib.
V.Misirov deyib ki, DQK dövlət orqanları ilə sıx və məhsuldar əməkdaşlıq edir. Dövlət qurumlarının əksəriyyəti ölkə qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərir. Onlardan bəziləri öz fəaliyyətlərində bir sıra nöqsanlara yol veriblər ki, bu da DQK tərəfindən aşkarlanıb.
“Bəzi dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələbləri əsasən üç istiqamət üzrə pozulur. Bunlar vakant inzibati vəzifələr barədə DQK-ya məlumat verilməməsi, müsabiqədən uğurla keçən namizədin vakant vəzifəyə təyin olunmasında gecikmələr və müsabiqə qalibinin iddia etdiyi vəzifəyə deyil, başqa vəzifəyə təyin edilməsidir”.
Öz növbəsində DQK-nın Hüquq şöbəsinin direktoru Vüqar Əsgərov komissiyanın dövlət qulluqçularının etik davranış qaydalarına əməl edilməsi məsələləri üzrə apardığı maarifləndirmə işi barədə məlumat verib. O bildirib ki, “Korrupsiyaya qarşı mübarizəyədair2012-2015-ci illərüçünMilliFəaliyyət Planı”na əsasən, dövlət qulluqçularının etik davranış qaydalarına əməl etməməsi ilə bağlı komissiyaya daxil olmuş 34 şikayətə baxılıb.
“Bundan başqa, 343 dövlət qulluqçusu barəsində inzibati tədbirlər görülüb. 319 nəfərə töhmət verilib, 10 nəfər dövlət qulluğundan azad edilib, 10 nəfərin vəzifə maaşı azaldılıb, 4 nəfər isə aşağı vəzifəyə keçirilib”,- deyə o qeyd edib.
F. İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət