Moskvanın cənub-şərqində etnik azərbaycanlı güllələnib. Bu barədə “İnterfaks” agentliyinə hüquq mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
Məlumata əsasən, bir gün əvvəl Sovxoznaya küçəsində yaşayış binasının yanındakı əlavə tikilidə işləyən rəngsazlar atəş səsi eşidərək polisə zəng vurublar.
Hadisə yerinə gələn istintaq əməliyyat qrupu tikilidə başından, kürəyindən və qasıq nahiyəsindən güllə yarası almış 44 yaşlı kişinin meyitini aşkar edib.
Tikintidə işləyən fəhlələr bildiriblər ki, şənbə günü axşam saatlarında mərhum öz tanışı ilə ora gəlib və tikintidə gecələyib. Səhər onlar arasında mübahisə başlayıb və insident zamanı naməlum şəxs azərbaycanlını güllələyərək hadisə yerindən qaçıb.
Moskva polisinin mətbuat xidməti “İnterfaks” agentliyinə qətl faktını təsdiq edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət