Avstraliya İŞİD döyüşçüləri ilə mübarizədə İraq əsgərlərinə kömək etmək üçün Yeni Zelandiya ilə birgə missiyanın tərkibində İraqa daha 300 hərbçi göndərəcək. Bu barədə çərşənbə axşamı Qərb KİV-ləri məlumat verir.
“Deməliyəm ki, bu qərar asanlıqla verilməyib. Yekun olaraq məhz iraqlılar ölüm kultuna (İŞİD-ə - İF) qalib gəlməlidirlər, lakin biz bu işdə onları tək buraxmaq istəmirik”, - deyə Avstraliya hökumətinin başçısı Toni Ebbott Kanberrada jurnalistlərə bildirib.
O qeyd edib ki, bu qərar İraq və Amerika hakimiyyətinin İraqa hərbçilər göndərmək xahişinə cavab olaraq verilib.
Ötən həftə Yeni Zelandiya iraqlı hərbçilərə təlim keçmək üçün həmin ölkəyə 140 hərbçi göndərmək barədə qərar qəbul edib.
Artıq 170-ə yaxın avstraliyalı xüsusi təyinatlı İraqdadır, onlar yerli hərbçilərə təlim keçirlər.
Hazırda beynəlxalq koalisiya ölkələrinin hərbi hava qüvvələri İraq və Suriyada İŞİD döyüşçülərinə qarşı əməliyyatlar aparırlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət