Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair bütün əsas prinsipial məsələləri razılaşdırıblar. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov cümə axşamı Bakıda Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupun 39-cu iclasının yekunlarına dair brifinqdə bildirib.
“Prinsipial əhəmiyyət kəsb edən bütün məsələlər beş Xəzəryanı dövlət arasında artıq razılaşdırılıb. Hazırkı mərhələdə Konvensiyanın demək olar ki, 80%-i razılaşdırılıb”, - deyə X.Xələfov vurğulayıb.
Onun sözlərinə görə, razılaşdırılması zaman tələb edən bəzi detallar var.
“Məsələn, bu, baza nöqtələrinin müəyyən edilməsidir. Bundan başqa, gəmiçiliyin, o cümlədən də hərbi gəmiçiliyin müxtəlif aspektlərinə, həmçinin elmi-tədqiqat gəmilərin fəaliyyətinə aid məsələlər üzərində işləyəcəyik”, - deyə diplomat qeyd edib.
Nazir müavininin sözlərinə görə, Həştərxan sammitində Konvensiyanın hazırlanmasına dair əsas prinsipial məsələlərlə bağlı çox mühüm tarixi qərarlar qəbul edilib.
“Və biz yaxın vaxtlarda Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması məqsədilə tərəflərin qarşıda duran bütün məsələlərlə bağlı razılıq əldə etməsi üzərində işi sürətləndirməklə bağlı birgə qərara gəldik”, - deyə X.Xələfov vurğulayıb.
Nazir müavini qeyd edib ki, 2016-cı ildə Astanada keçiriləcək sammit Xəzər dənizinin hüquqi statusunun razılaşdırılması nöqteyi-nəzərindən son sammit ola bilər.
“Ancaq düşünmürük ki, bu, Xəzəryanı dövlətlərin başçılarının son sammiti olacaq, çünki Xəzər dənizi Konvensiyanın qəbul edilməsi ilə məhdudlaşmır. Xəzər dənizi Xəzəryanı dövlətlər arasında əməkdaşlıq üçün böyük məkandır. Əksinə, Konvensiya razılaşdırıldıqdan sonra böyük proseslər başlayır. Yəni Xəzərdə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq başlayacaq. Bu səbəbdən gələcəkdə iqtisadi, nəqliyyat, kommunikasiya, təhlükəsizliyin təminatı məsələlərinə həsr olunan sammitlərin keçiriləcəyini istisna etmirəm”, - deyə X.Xələfov vurğulayıb.
O, Xəzərdə təhlükəsizliyin təminatının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
“Həştərxan sammitində fəaliyyətin yekunları üzrə qeyd olunub ki, Xəzər hövzəsində qarşılıqlı etimadın güclənməsi, hərbi-siyasi balansın qorunub saxlanılması, hərbi-siyasi təhlükəsizlik məsələləri ilə bağlı bu beş ölkənin imkanlarının artırılması, müxtəlif sahələrdə əməkdaşlığın möhkəmlənməsi Konvensiyanın layihəsində öz əksini tapıb”, - deyə diplomat qeyd edib.
X.Xələfov deyib ki, “bugünkü proseslər və əldə olunan sazişlər Xəzəryanı ölkələrin gündəlikdə duran bütün məsələlərin həllinə çalışdığını nümayiş etdirir”.
“Xəzəryanı dövlətlər arasında mövcud dostluq və qarşılıqlı etimad mühiti, sabitlik və əməkdaşlıq Xəzər hövzəsində bütün məsələləri danışıqlar yolu ilə həll etməyimiz üçün zəruri potensial yaradıb”, - deyə nazir müavini vurğulayıb.
O, açıq qalan bütün məsələlərin növbəti Qazaxıstan sammiti ərəfəsində və sammit zamanı tərəflər arasında razılaşdırılacağına əminlik ifadə edib.
“Əminəm ki, Xəzər dənizi Xəzəryanı dövlətlərin maraqlarına xidmət edəcək və ölkələrimizin xalqlarının sosial və maddi rifahını təmin edəcək. Bunun üçün zəruri məsələlər Konvensiyanın layihəsində öz əksini tapıb”, - deyə X.Xələfov vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət