Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsi çərçivəsində maarifləndirmə işləri davam etdirilir. Ekoloji mədəniyyətin kiçik yaşlardan formalaşdırılmasının əhəmiyyətini nəzərə alan “Təmiz Şəhər” ASC bu dəfə Qala qəsəbəsinin kiçik yaşlı sakinləri ilə görüşdü.
Martın 12-də Qala qəsəbəsində yerləşən 63 nömrəli uşaq bağçasında məşğələlər keçirilib. Tədbirin əsas məqsədi uşaqların tullantılara münasibətini və davranışını dəyişmək, ətraf mühitin qayğısına qalmağı kiçik yaşlarından uşaqlara öyrətməkdir.
Praktik məşğələlər ərzində 5-6 yaş arası uşaqlar istifadə edilmiş əşyalardan kiçik sənət əsərləri yaradıblar. Plastik, kağız, polietilen kimi materiallardan istifadə etməklə balaca sənətkarlar müxtəlif formada oyuncaqlar, bəzək əşyaları düzəldiblər.
Xatırladaq ki, artıq 5 ildir ki Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində “Təmiz Şəhər” ASC tərəfindən tullantıların düzgün idarəedilməsi sisteminin qurulması və idarə edilməsi üzrə “Təmiz Qala” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi qədim Qala qəsəbəsinin qorunub saxlanılması üçün ekoloji tədbirlərin görülməsi, qəsəbə ərazisində tullantıların çeşidli şəkildə yığımının və daşınmasının təşkili, Qala əhalisinin ekoloji mədəniyyətinin daha da inkişaf etdirilməsidir.
Layihənin həyata keçirildiyi illər ərzində bir çox işlər həyata keçirilmişdir. Belə ki, layihə çərçivəsində Qala qəsəbəsində tullantıların çeşidli şəkildə toplanması üçün 149 tullantı meydançası quraşdırılmış, 630 ədəd konteyner yerləşdirilmiş, müntəzəm yığım və daşınma işi təşkil edilmişdir. Layihənin icrasında başlandığı ilk gündən etibarən 52 qeyri-qanuni tullantı meydançası aşkar olunmuş və ləğv edilmişdir.
Layihə çərçivəsində həmçinin, Qala qəsəbəsi əhalisi arasında geniş maarifləndirmə işi aparılır. Layihənin uğurlu icrasının əhalinin birbaşa iştirakından asılı olduğunu nəzərə alan “Təmiz Şəhər” Qala əhalisinin müxtəlif yaş kateqoriyaları və qrupları ilə ayrıca maarifləndirmə işi aparmışdır. Son illər ərzində qəsəbədə təşkil edilən iməciliklər, müsabiqələr, sərgilər və s. kimi tədbirlər əhalinin böyük marağına səbəb olmuş və insanların tullantıların çeşidlənməsi prosesində iştirakını daha da fəallaşdırmışdır.
Mətbuat Xidməti
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət