Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarovla müsahibə
- Tofiq müəllim, mümkünsə, Azərbaycan-Estoniya münasibətlərinin inkişaf dinamikası barədə danışardınız.
- Ölkələrimiz arasında münasibətlərin dinamikası artan və daim inkişaf edən xarakterə və müsbət tendensiyaya malikdir. Siyasi səviyyədə, beynəlxalq arenada səylərin əlaqələndirilməsi sahəsində əməkdaşlıq çox güclüdür. Bütövlükdə Azərbaycan Estoniyanı etibarlı tərəfdaş hesab edir. Avropa İttifaqı ölkələri arasında Estoniyadan olan mütəxəssislər postsovet məkanındakı vəziyyəti daha yaxşı anlayırlar. Bu mənada onların həm də Aİ-nin hansısa proqramlarını reallaşdırması təcrübəsi Azərbaycanda müsbət qarşılanır.
O cümlədən siyasi, humanitar və iqtisadi sahələrdə münasibətlərin ikitərəfli mahiyyəti mühüm əhəmiyyət kəsb edir. İki ölkənin coğrafi uzaqlığı ticarət dövriyyəsinə mənfi təsir göstərir. Bu səbəbdən ölkələr arasında ticarət dövriyyəsinin böyük rəqəmləri barədə danışa bilmərik.
İki ölkə və Baltik regionu ölkələri arasında münasibətlərin aktivləşməsinin mühüm elementi prezidentlərin səfərləridir. İki dövlətin normativ əsasları birgə bəyanatlarda təsbit olunub ki, burada ölkələrin həmin münasibətləri tənzimləyən bir sıra məsələlərə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair mövqeyi əks olunub. Bu baxımdan Estoniyanın mövqeyi Aİ-nin mövqeyi ilə üst-üstə düşür və bəyannamdə Azərbaycanın ərazi bütövlıüyü və suverenliyi birmənalı şəkildə dəstəklənir.
Bu normativ baza dövlətlərin özaralarında və beynəlxalq arenada qarşılıqlı əlaqə mühitini müəyyən edib. Həminsəfərlər xüsusi yer tutan bir sıra digərsəfərlərlə davam etdirilib. Bunlar xarici işlər, müdafiə, iqtisadiyyatnazirlərinin Estoniyaya səfərləri, hökumətlərarası komissiyanın iclaslarınınkeçirilməsidir.
İqtisadi sahədə əlaqələrə gəlincə, burada da müəyyən potensial var. Əlbəttə ki, iki dövlətin coğrafi uzaqlığı ticarət dövriyyəsinin genişləndirilməsi imkanına təsir edir. Bu səbəbdən dövlətlər tərəfindən malların qarşılıqlı ixracı o qədər də perspektivli görünmür. Lakin Estoniya və Azərbaycanın iş adamları bu vəziyyətdə iqtisadi münasibətlərin optimal inkişaf imkanlarını tapırlar. Əsasən İT-texnologiyalar, bank sahəsi, müxtəlif istiqamətli xidmətlərin göstərilməsinə diqqət ayrılır.
Əlaqələrin intensivliyini qeyd edərkən deyim ki, ötən il ərzində Azərbaycan səfirliyi 1 mindən artıq viza verib. Estoniya kimi kiçik ölkə üçün bu, böyük rəqəmdir. Viza alanlar sırasında turistlər, iş adamları, yaradıcı şəxlər, qohumlarını ziyarət etmək üçün vətənə gedən Azərbaycan diasporunun nümayəndələri var.
- Bu yaxınlarda Estoniyaya səfər zamanı Azərbaycan jurnalistləri bu ölkənin müdafiə, təhsil və kənd təsərrüfatı nazirləri, o cümlədən müxtəlif dövlət müəssisələri və özəl şirkətlərinin nümayəndələri ilə görüşlər keçiriblər. Həmin görüşlərdə həmsöhbətlərimiz Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Necə düşünürsünüz, iki ölkə arasında münasibətlərin inkişafı üçün coğrafi əngəllərdən savayı hansısa maneələr varmı?
- Prinsip etibarilə, iki ölkənin Təhsil nazirlikləri arasında əlaqələr qurulub. 2014-cü ilin oktyabr ayında hökumətlərarası komissiyanın iclası zamanı son müzakirələr aparılıb. Bu münasibətlərin əsas istiqamətlərindən biri odur ki, Estoniyanin iki ali məktəbi “Azərbaycan gənclərinin xarici ölkələrdətəhsili üzrə Dövlət Proqramı”na daxildir.
Həmçinin düşünürəm ki, ali məktəblər arasında münasibətlərin qurulması üçün böyük perspektivlər var. Ölkənin ən məşhur Tartu Universitetinin rektoru Bakı Dövlət Universiteti ilə əməkdaşlığa dair Memorandum imzalayıb. Ümid edirik ki, bu əməkdaşlıq konkret fəaliyyətlə təkmilləşdiriləcək.
Eyni zamanda, guman edirik ki, Tallin Texnologiya Universiteti də maraq kəsb edir. Buna görə təhsil almaq üçün çoxlu sayda əcnəbi tələbləri cəlb edir. Düşünürəm ki, Estoniyada azərbaycanlı tələbələrin sayı artacaq. Hazırda onların sayı o qədər də çox deyil. Mən bunu xaricdə təhsil almaq istəyən şəxslər arasında müəyyən süstlüyün olması ilə əlaqələndirirəm. Onlar daha çox belə deyək, köhnə Avropa ölkələrində təhsil almağa çalışırlar. Baxmayaraq ki, əminəm ki, Estoniyanın ali məktəbləri tədrisin keyfiyyətinə görə Qərb universitetlərindən geri qalmır. Tartu Universiteti isə Avropada ən yaxşı ali məktəblərdən biridir və kifayət qədər önəmli yer tutur. Buna görə bu istqamət daim bizim diqqət mərkəzimizdədir. Tələbələrimizin sayını artırmaq istərdik.
Aqrar sektora gəlincə isə, ötən il Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Estoniyada olub. Burada bir çox hökumət nümayəndəsi ilə görüşüb. Kənd təsərrüfatı nazirlərinin qarşılıqlı səfər dəvətləri var. Ümid edirik ki, Estoniyanın kən təsərrüfatı naziri Azərbaycana səfər edəcək. Bu, iki ölkənin qarşılıqlı münasibətləri üçün faydalı olacaq.
Düşünürən ki, burada kifayət qədər böyük perspektivlər mövcuddur. Və həm Azərbaycan, həm də Estoniyada keçirilən sərgilər hər iki ölkənin bir-birinin məhsullarına olan marağını nümayiş etdirir.
Əsas perspektivləri kənd təsərrüfatı məhsulları ilə bağlı iş adamlarının aktivləşməsində görürəm. İstisna etmirəm ki, Azərbaycanın xaricə investisiyaları artırmağa can atması ilə yeni imkanlar açılır. Azərbaycan tərəfindən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi hökumətlərarası komissiyanın iclasında Azərbaycanın xaricə investisya yatırmaq istəyi səsləndirilib. Əlbəttə, əgər Estoniya tərəfinin təqdim etdiyi layihələr rəqabətədavamlı olarsa, Azərbaycan kapitalının hansısa hissəsi Estoniyaya da yatırıla bilər.
Ölkələrimiz arasında əlaqələr Müdafiə nazirliklərinin xətti ilə də inkişaf edir. Nazirlərin qarşılıqlı səfərləri həyata keçirilib. Düzdür, bu, beş il əvvəl olub. Ümid edirik ki, bu əlaqələr davam etdiriləcək. İstənilən halda, hərbi təhsil sahəsində əməkdaşlıq bizim üçün maraq kəsb edir. Bizim zabitlər daimi əsasda Baltik Müdafiə Kollecində (BMK) illik tədris keçirlər. Ötən il BMK-nın zabitləri üçün «study trip» həyata keçirilib. Onlar Azərbaycana səfər edib, ölkənin müdafiə strukturu ilə tanış olublar. Yeri gəlmişkən, bu, zabit və kursantların NATO-nun üzvü olmayan ölkəyə ilk səfəri olub. Onların qeyd etdikləri kimi, səfər maraqlı keçib. Düşünürəm ki, illik tədris keçən baş zabitlərin sayı artırılacaq. İstənilən halda burada tədris keçən zabitlərimiz çox yüksək bilik səviyyəsi nümayiş etdirirlər və NATO-ya üzv digər ölkələrdən həmkarlar və tərəfdaşlarla birlikdə bacarıqlarını təkmilləşdirirlər.
- Azərbaycan və Estoniya İKT sahəsində sıx əməkdaşlıq edir. Bu sektorda əməkdaşlığın dərinləşməsi üçün tərəflərin hər hansı təklifləri varmı?
- Estoniyanın İT-şirkətləri “ASAN xidmət” sisteminin formalaşdırılması və yaradılmasında fəal iştirak ediblər. Bu sistemin bəzi blokları Estoniya texnologiyalarından istifadə olunmaqla yaradılıb. Həmin şirkətlər bu layihədə fəal şəkildə işləməyə davam edirlər. “ASAN xidmət” layihəsinin inkişafında çox maraqlı məqamlar baş verir. Azərbaycana gətirilən texnologiyalar təkmilləşdirilir, və bəzi parametrlərə görə Estoniyada müəyyən elementləri texnologiya baxımından geridə qoyur. Və hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası burada “ASAN xidmət”in populyarlaşdırılması ilə bağlı layihə həyata keçirir. Baltik ölkələrində, xüsusilə Estoniya və Latviyada konfrans və seminarlar keçiriləcək. Burada “Elektron hökumət” QHT, “ASAN xidmət” təcrübəsinin yayılmasına dair birgə layihənin həyata keçirildiyi Elektron hökumət akademiyası fəaliyyət göstərir. Bu, kifayət qədər maraqlı layihədir. Düşünürəm ki, bu layihənin reallaşdırılması ətrafında fikir mübadiləsi həmin xidmətləri təkmilləşdirməyə imkan yaradacaq. Bununla yanaşı, prezident dəfələrlə bildirib ki, bu, korrupsiya ilə mübarizədə daha effektiv üsuldur. Və mənim bildiyim qədər, estonlar “ASAN xidmət” sisteminin inkişafına töhfə verdiklərinə görə fəxr edirlər. Düşünürəm ki, bu, ölkələr arasında aparıcı istiqamətlərdən biridir və bundan sonra da davam etdiriləcək. Təsadüfi deyil ki, Azərbaycanda İT-texnologiyaların inkişafına böyük töhfə verən Əli Abbasov hökumətlərarası komissiyanın həmsədridir. Xatırlayıram ki, nazirin Estoniyaya səfəri ilə əlaqədar keçirilən qəbulda o, Estoniya prezidenti və baş nazirinə Azərbaycan istehsalı olna planşet təqdim edib. Bu, ümumiyyətlə simvolik jestdir, yəni neft ölkəsi Azərbaycan haqqında stereotiplər dağılır.
- Azərbaycan və Estoniya arasında humanitar əlaqələr necə inkişaf edir?
- Səfirlik, həmçinin Estoniyadakı Azərbaycan diaspor təşkilatları humanitar əlaqələri inkişaf etdirmək, eston tamaşaçıları Azərbaycan musiqisi, tanınmış mədəniyyət xadimlərinin yaradıcılığı ilə tanış etmək üçün çox işlər görürlər. Artistlərimiz müxtəlif festivallarda iştirak edirlər.
Azərbaycanın müxtəlif struktiurları tərəfindən reallaşdırılan bütün proqramlarda iştiraka görə eston gənclərə minnətdarıq. Ötən il bir neçə gənc “Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsində qalib gələrək, Azərbaycana səfər ediblər və ölkəmizdə bir neçə yadda qalan gün keçiriblər. Əgər belə müsabiqə təkrar keçirilərsə, bu, münasibətlərimizə müsbət təsir göstərəcək.
Bundan başqa, incəsənət sərgiləri, Azərbaycan mətbəxinin populyarlaşdırılması ilə bağlı tədbirlər keçirilir. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətlərin Estoniya ictimaiyyətinə çatdırılması ilə bağlı tədbirlərin keçirilməsinə böyük diqqət ayrılır. Hər il Xocalı faciəsinə həsr olunan silsilə tədbirlər keçirilir. Tədbirlərdə ölkənin keçmiş prezidenti Arnold Ryuytel, Estoniya Milli Ensiklopediyasının rəhbəri və Tallinin keçmiş meri Ardo Aasmea daxil olmaqla Estoniya ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edirlər. Keçmiş mer ermənilərin dinc azərbaycanlılara qarşı hərbi cinayətləri barədə danışarkən, Sarqsyanı “Cənubi Qafqazın Ratko Mladiçi” adlandırıb. O cümlədən burada 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirilir. Yeri gəlmişkən, o dövrdə Bakıda fəaliyyət göstərən bir çox jurnalistlər Estoniyadan olublar və bütün dünyada yayılan kadrlar bu jurnalistlərdən bəzilərinin nailiyyətidir. Xüsusilə eston jurnalist Yuri Vendelin ilk dəfə həmin fotoları qərb ictimaiyyətinə, Skandinaviya mətbuatına çatdırıb.
Respublika günü ilə bağlı tədbirlər böyük hadisədir. Bu zaman səfirlik tərəfindən qəbullar təşkil olunur ki, burada çoxlu sayda dövlət və ictimai qurumların nümayəndələri iştirak edirlər.
Estonlar üçün artıq tanınmış ölkə olan Azərbaycan haqqında tez-tez müxtəlif verilişlər nümayiş olunur. Böyük nəsil insanlar Azərbaycanda olublar və onun barəsində məlumatlıdırlar. Gənc nəsil isə daha çox Avropa ölkələri barədə bilir. Azərbaycan onlar üçün az tanınan, bir sıra stereotiplərlə əhatə olunan ölkədir. Biz fəaliyyətimizlə həmin stereotipləri dağıtmağa çalışırıq. Bir çox estoniyalı gənc bir neçə il öncə Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar özləri üçün Azərbaycanı kəşf etdilər. Bundan başqa, “Bakı-2015” Avropa Oyunlarına da böyük ümidlərimiz var. Bu tədbir də Azərbaycanın tanınmasına şərait yaradacaq informasiya təkanı olacaq.
- Estoniya ictimaiyyəti Qarabağ problemi barədə məlumatlıdırmı? Və yeri gəlmişkən, bu Baltikyanı ölkədə erməni ictimaiyyəti nə dərəcədə fəaldır?
- Estoniyada erməni diasporu kifayət qədər, Azərbaycan diasporundan təxminən iki dəfə böyükdür. Biz Azərbaycan diasporu haqqında məlumatları araşdırarkən müəyyən etdik ki, son beş il ərzində diaspor təxminən 30% azalıb. Azərbaycan əsilli müxtəlif kateqoriyalı gənclər (onların bir hissəsinin vətəndaşlığı yoxdur) burada təhsil aldıqdan sonra Azərbaycan qayıtmaq və orada işləməyə çalışırlar. Bu, normal prosesdir. Axının digər hissəsi gənclik dövründə Estoniyaya gələn və yaşlanarkən vətənə qayıtmaq istəyənlərlə bağlıdır .
Son illər ərzində təxminən 20% artan erməni diasporunda əks tendensiya müşahidə olunur. Həm də bu göstərici artır. Əlbəttə, bu da Ermənistandakı iqtisadi vəziyyətlə əlaqədardır.
Bununla yanaşı, biz Ermənistan-Azərbaycan münaqişəsinə dair miflərin təbliğatı cəhdlərini hiss edirik. Aksiyalar keçirilir, müxtəlif məqalələr dərc olunur. Yeri gəlmişkən, çox vaxt həmin aksiyalar ermənilərlə əlaqədar deyil, çünki (bəzi maraqlı şəxslərin - İF-Az) iki xalq arasında münaqişəni “qaynar” vəziyyətdə saxlamaq üçün böyük istəklər var. Bu proseslər bizə yaxşı məlumdur və ermənilərin ayağına yazılan bütün proseslərin heç də hamısı ermənilərin özlərindən qaynaqlanmır.
Lakin bizim üçün təbliğat aparmaq daha asandır, çünki hər zaman həqiqəti deyirik, onlar isə nə isə uydurmaq məcburiyyətindədirlər. Buna görə onlar üçün sadə suallara cavab vermək çətindir. Mən hər zaman onlar üçün misal çəkirəm. Bakıda, Tiflisdə, Tallində, Riqada köhnə şəhərlər var. Əgər ermənilər qədim xalq olduqlarını iddia edirlərsə, o zaman niyə İrəvanda köhnə şəhər yoxdur? Bu sula heç kəs cavab verə bilmir və bu, təbiidir. Necə deyərlər: “Yalan ayaq tutar, lakin yeriməz”.
Əminəm ki, gec və ya tez bu münaqişə nizamlanacaq və mümkündür ki, artıq o zaman erməni diasporu tərəfindən hansısa adekvat münasibət müşahidə edəcəyik. Ancaq indi reallıqlar tam fərqlidir. Yeri gəlmişkən, erməni diasporunun əsas hissəsi gündəlik həyatı ilə məşğuldur. Azərbaycandan gələn ermənilərin əksəriyyəti münaqişənin səbəbkarının kim olduğunu və bura nə üçün gəldiklərini yaxşı bilirlər. Onlara heç nə danışmaq lazm deyil və onlar erməni diasporunun tədbirlərində passiv surətdə iştirak edirlər. Onlar da azərbaycanlılar kimi erməni millətçilərinin törədikləri münaqişənin qurbanlarıdır.
- Tofiq müəllim, son zamanlar Qarabağ münaqişəsi zonasında yenidən gərginlik artıb, erməni təxribat qruplarının hücumları mütəmadi hala çevrilib. Siz bir zamanlar xarici işlər naziri postunu tutmusunuz və Qarabağ münaqişəsinin bilavasitə nizamlanması ilə məşğul olmusunuz. Bu vəziyyətdən çıxış yolunu necə görürsünüz?
Bu mənada Estoniya maraqlı ölkədir. Burada həmkarlarım arasında münaqişənin nizamlanması ilə əlaqədar olan çoxlu sayda insan var. Misal üçün, Rusiyanın Estoniyadakı səfiri Yuri Merzlyakov. O, ATƏT-in Minsk Qrupunun həmsədri olub. Metyu Brayza burada çalışıb. ATƏT-in Minsk Qrupunun həmsədri və ABŞ-ın Azərbaycandakı səfiri postundan sonra o, burada Təhlükəsizlik və Müdafiə Araşdırmaları İnstitutuna rəhbərlik edib. Biz onunla sıx görüşürdük. Bu yaxınlarda Estoniyada Anjey Kaspşiklə görüşdüm. Bu məsələni aramızda müzakirə edirik. Səmimi deyim ki, bu danışıqlar zamanı şəxsən məndə elə fikir formalaşdı ki, həm də tendensiya elədir ki, təmas xəttində gərginlik artır. Bunun nə qədər davam edəcəyini demək çətindir. Mənə elə gəlir ki, bu məsələyə ən yaxşı prezident cavab verib. O sual edib ki, “erməni əsgərinin Azərbaycan ərazisində nə işi var?” Bu sualda həm də cavab var. Nə qədər ki, Azərbaycan əraziləri işğal altındadır, ermənilər və Ermənistan rəhbərliyi məsələnin bitməsi və problemlərin həll olunması kimi rəy formalaşdırmamalıdır. Xeyr. Problemlər həll edilməyib və onlar haqqında susmaq, nizamlanmanı snaypelərin geri çəkilməsi kimi hər hansı təşəbbüslə əvəz etmək cəhdləri - dünya ictimaiyyətini aldatmaq üçün uğursuz cəhddir. Məsələ aydın şəkildə durur: işğal olunmuş əraziləri azad etmək və qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmalarına imkan yaratmaq. Gəlin, ermənilər üçün Azərbaycanın tərkibində müxtariyyətin fəaliyyət göstərməsi məsələləri ilə bağlı problemləri müzakirə edək. Bu, Azərbaycanın son dərəcə güzəştli mövqeyidir. Çünki ermənilər özləri Ermənistanda yaşayan azərbaycanlılar üçün heç bir muxtariyyət yaratmayıblar. Onlar azərbaycanlıları sadəcə olaraq qovdular. Azərbaycan hökuməti isə respublikanın tərkibində Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları üçün status hazırlamaq imkanı verməyə hazırdır. Bu, öz-özlüyündə artıq güzəştdir. Həm beynəlxalq iştirak, həm Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları üçün gələcəkdə müxtariyyətin yaradılması imkanlarını nəzərdən keçirmək, həm də 20 ildən artıq müddətdə münaqişənin nizamlanmasını gözləmək - bütün bunlar Azərbaycanın getdiyi güzəştlərdir. Ermənilər nə qədər çalışsalar belə, bunu başqa cür təqdim, təsvir, xarakterizə etmək mümkün deyil.
Bu, əbədi davam edə bilməz və qoy ermənilər düşünməsinlər ki, onlar yaratdıqları rejimin və vəziyyətin təhlükəsizliyni hərbi yolla təmin etmək iqtidarındadırlar. Bu, mümkün deyil. Azərbaycan əhalisinin sayı erməni əhalisinin sayından beş dəfə çoxdur. Biz əhalinin axınına dair məlumatlara malikik. Bizə, həmçinin o da məlumdur ki, nə üçün müxtəlif QHT-nin dəstəyi ilə həyata keçirilən siyahıyaalmanın nəticələri məxfi saxlanılır. Bizə məlumdur ki, Ermənistanı daha çox sayda əhali tərk edir. Həmin Dağlıq Qarabağda münaqişənin əvvəlinə bəyan edilən 137 min nəfərdən heç yarısı da qalmayıb. Onlar nə uğrunda mübarizə aparıblar? Onlar insanların, o cümlədən də ermənilərin olmadığı Dağlıq Qarabağ görmək istəyirdilər? Beləliklə, vəziyyəti bu cür saxlamaqla onlar heç nəyə nail olmadılar. Bu, Ermənistan rəhbərliyinin günahıdır.
Azərbaycan rəhbərliyi gələcəkdə nələrin baş verəcəyinə dair dəqiq plana malikdir. Ermənistan rəhbərliyi Azərbaycan xalqınn səbrini nə qədər sınayacaq, kobud səslənsə belə, vasitəçiləri nə vaxta kimi aldadacaq, baxmayaraq ki, fikrimcə, vasitəçilərin rolu da tənqidi münasibət tələb edir. İstənilən halda hesab edirəm ki, Azərbaycan xalqı qəti əmindir ki, bu vəziyyət əbədi davam edə bilməz və gec ya da tez qaçqınlar öz yurdlarına qayıdacaqlar.
- Biz azərbaycanlı qaçqınların qayıtması barədə danışarkən, Ermənistandan qovulanları da nəzərdə tuturuq?
- Bilirsiniz, erməni təbliğatı onun üzərində qurulub ki, onların hüquqları pozulub və onlar Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsini tələb edirlər. Mən təsəvvür etmirəm, onların hüququ barədə danışarkən, Ermənistandan qovduqları insanların hüquqları barədə susmaq necə mümkündür? Başa düşürsünüzmü? Tarixi ədalət məsələsinə qayıdarkən, yenə də İrəvanda köhnə şəhərin harada olması sualı meydana çıxır. Məgər Rusiyanın imperator qoşunları İrəvanı ermənilərdən hücumla almayıblar? Nəticə budur: tamamilə məhvedilmə. Və buna görə məsuliyyət daşımalıdırlar. Bununla əlaqədar düşünürəm ki, bu amil onların mövqelərinin tənqid edilməsi mümkünlüyü və tənqid edilməli olması aspekti ilə onların üzərinə iz qoyur. İstisna etmirəm ki, gələcəkdə Azərbaycan beynəlxalq mexanizmlərdən istifadə etməklə həmin insanların hüquqlarının pozulması məsələsini qaldırmağa çalışacaq. Bunun hansı əsasda həll ediləcəyini demək çətindir. Lakin düşünürəm ki, bu məsələnin mərhələli şəkildə həlli təcrübəsindən yaxa qurtara bilməyəcəyik. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərdən başlamaq lazımdır. Silsilə xeyirxah addımlar olmadan problemin həllinə başlamaq mümkün deyil. Snayperlərin geri çəkilməsinə dair sadəlövh söhbətləri xeyirxah addım hesab etmək olarmı? Bəlkə ermənilərin bu yandırılmış və dağıdılmış, heç kəsin yaşamadığı torpaqdan qoşunları çıxarması yaxşı olardı? Qoy insanlar öz yurdlarına qayıtsınlar! Bəlkə bu, həqiqətən nizamlanmanın başlanğıcı üçün yaxşı və xeyirxah addım oldu? Buna görə də mən nizamlanma metodikasının dəqiq və aydın şəkildə təqdim edilməsinin tərəfdarıyam. Bunlar mərhələli addımlar olmalıdır. Bəli, hansısa birinci və ikinci mərhələlərdə bir tərəfin maraqlarının balansı digərindən yüksək ola bilər. Lakin digər mərhələdə maraqlar balansı o biri tərəfə yan ala bilər. Bu, dinamik prosesdir və bunun üçün iradə lazımdır. Əfsuslar olsun ki, bugünkü Ermənistan elitası məsələnin cari vəziyyətindən razıdır. Nizamlanma prosesinin getməməsi onu narahat etmir. Düşünürəm ki, onlar yaxşı anlayırlar ki, problemin həll olunmaması Ermənistanın özünün inkişafına mənfi təsir edir. Ölkədən əhalinin axını və deqradasiyasi, xarici mənbələrdən asılılığının nəticəsidir. Bu da qarşılıqlı əlaqəli məsələlərdir. Gələcəyi strateji görmə qabiliyyətinin olmamasına əsaslanan inad. Nizamlanmaya əngəl törədən amil budur. Təqsirkar isə Ermənistan rəhbərliyidir.
Söhbət etdi Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət