Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində doktoranturaya qəbul və doktorluq imtahanları zamanı yeni tələblər müəyyən edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, gənc alimlərin xarici dilləri, xüsusən ingilis dilini yüksək səviyyədə bilməsi gələcəkdə onların apardıqları elmi tədqiqat işlərinin səviyyəsinə müsbət təsir göstərir. Belə ki, nüfuzlu elmi ədəbiyyatlar, yüksək impakt faktorlu jurnalların böyük əksəriyyəti ingilis dilində nəşr olunur. Bu elmi mənbələrdən lazımi səviyyədə istifadə etmək üçün gənc alimlərin ingilis dilini yüksək səviyyədə bilməsi olduqca vacibdir. Lakin doktoranturaya qəbul zamanı və ya doktorluq imtahanları zamanı iddiaçıların xarici dil üzrə bilik səviyyələrinin tam qiymətləndirilməsi mümkün olmur. Hazırda ingilis dili biliklərinin qiymətləndirilməsi üçün dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda TOEFL və IELTS proqramlarından istifadə olunur.
AMEA-nın doktoranturaya qəbul və doktorluq imtahanlarının verilməsi zamanı iddiaçıların ingilis dili biliklərinin qiymətləndirilməsi üçün yeni tələblər müəyyən edilib. Bundan sonra doktoranturaya qəbul zamanı iddiaçı TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6,5 bal toplaması barədə sertifikat təqdim etməlidir. Doktorluq imtahanları zamanı isə iddiaçıdan TOEFL üzrə ən azı 100 bal və ya IELTS üzrə ən azı 7 bal toplaması barədə sertifikat tələb olunacaq.
Bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə tapşırılıb. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.
A. Zeydullayeva
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət