Trans-Anadolu qaz kəmərinin (Trans-Anadolu Pipeline, TANAP) tikintisi layihəsi üzrə konsorsium 2015-ci ilin mart ayına qədər TANAP qaz kəmərinin quru hissəsinin tikintisinə başlayacaq. Bu barədə cümə axşamı jurnalistlərə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.
O xatırladıb ki, TANAP-ın 1337 km uzunluğunda quru hissəsinin tikintisi üzrə podratçı “Fernas Insaat A.S.”, “Sicim-Yuksel-AKKORD Adi Ortakligi” və “TEKFEN Insaat ve Tesisat A.S” şirkətləridir. Bu şirkətlər kəmərin Əskişəhərə qədər olan hissəsinin tikintisi ilə məşğul olacaqlar.
“Tikinti işləri mart ayının sonu - aprel ayının əvvəllərində Qars vilayətindən başlayacaq. Biz bu ilin sonu - 2016-cı ilin əvvəlində TANAP qaz kəmərinin diametri 48 düym olan hissəsinin tikintisi üzrə tenderi bağlamağı nəzərdə tuturuq. Biz bu tenderi bir qədər sonra keçirməyi qərar almışıq, çünki TANAP kəməri ilə daxil olacaq ilk qazı Türkiyə Əskişəhərdə qəbul edəcək. Avropaya qaz boru kəmərinin 48 düymlük hissəsi ilə 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlində nəql olunmağa başlayacaq, buna görə də bu hissənin tikintisi ilə bağlı tələsmək lazım deyil”,- deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, TANAP layihəsinin tikintisinin maliyyələşdirilməsi ilə də bağlı heç bir problem yoxdur.
“Məlum olduğu kimi, bu layihədə iştirak payının 58%-i SOCAR-a məxsusdur. Bizim tərəfdaşlarımız cari ilin aprel ayının 1-dən öz payları çərçivəsində maliyyələşdirmə işlərinə başlayacaqlar”,- deyə R.Abdullayev qeyd edib.
TANAP qaz kəmərinə Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1800 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.
Trans-Anadolu qaz kəmərinin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb.
TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsi $10-11 mlrd. dəyərində qiymətləndirilir.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, bp - 12%, BOTAS - 30%.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət