Simali Atlantika Alyansı postsovet məkanında münaqişələrin nizamlanmasına dair beynəlxalq təşkilatlara siyasi dəstək göstərir. Bu barədə NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahue bəyan edib.
“NATO ATƏT kimi digər beynəlxalq təşkilatlara münaqişələrin (postsovet məkanında - İF-Az) sülh yolu ilə həllinin dəstəklənməsi məqsədilə siyasi dəstək göstərir. NATO-nun məqsədi, ilk növbədə alyansa üzv ölkələrdə təhlükəsizliyin təminatından ibarətdir. Alyans münaqişənin nizamlanmasına dair sülh danışıqlarına birbaşa cəlb olunmayıb”, - deyə U.Lahue “NATO - Azərbaycan əlaqələri: NATO-nun 2014-cü il Uels sammitindən sonra əməkdaşlıq perspektivləri” mövzusunda konfransın kuluarlarında jurnalistlərə bəyan edib.
Xarici təcavüz şəraitində Azərbaycanın mümkün müdafiə zəmanətləri barədə suala cavab olaraq U.Lahue bildirib ki, “NATO öz nizamnaməsinə əsasən üzv ölkələrin müdafiəsinə zəmanət verir. “Sözsüz ki, NATO bütün dünyada sabitliyin bərqərar olmasında maraqlıdır, xüsusilə də qonşu ölkələrdə. Buna görə biz Azərbaycanın da olduğu tərəfdaşlarla möhkəm münasibətləri dəstəkləyirik. Həmçinin Azərbaycanla əməkdaşlıq sabitlik və təhlükəsizliyin yayılmasına yönəlib”, - deyə o vurğulayıb.
Ukraynanın şərqində münaqişəyə gəlincə, U.Lahue qeyd edib ki, alyans burada iştirak etməmək qərarına gəlib, çünki onun sözlərinə görə, bu cür müdaxilə həmin ölkədə sülhün bərqərar olmasına imkan vermir.
Yeni geosiyasi reallıq və təhdidlər şəraitində Azərbaycanın NATO-ya daha dərin inteqrasiyası barədə danışarkən, U.Lahue vurğulayıb ki, yaxınlaşma prosesi davam edir. “Yaxınlaşma prosesi davam edir və mümkün olduğu yerdə kooperasiyanı davam etdirəcəyik. Misal üçün, Gürcüstanda Hərbi Hazırlıq Mərkəzi yaradılacaq. Onun fəaliyyəti NATO və Gürcüstanın birgə səyləri ilə həyata keçiriləcək. Alyans nümayəndəsinin sözlərinə görə, bu, nəinki gürcüstanlı hərbi qulluqçular, həm də Azərbaycan kimi tərəfdaşlar üçün həmin Mərkəzdə təlim keçmək, NATO standartlarına yaxınlaşmaq imkanı verəcək.
“Azərbaycan alyansın müxtəlif təşəbbüslərinin fəal iştirakçısıdır. Alyansa daxil olub-olmamaq Azərbaycanın suveren qərarıdır. Bu günə Azərbaycan bütövlükdə tərəfdaş ölkə kimi NATO-ya inteqrasiya edib”, - deyə o əlavə edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət