Belarus Azərbaycanla İKT-nin bir çox istiqamətləri üzrə əməkdaşlığa maraq göstərir. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytında məlumat verilir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov bu gün iki ölkənin İKT sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“Görüşdə nazir Ə.Abbasov dövlət başçılarının rəsmi səfərlərinin dostluq və qarşılıqlı etimada əsaslanan, strateji tərəfdaşlığa çevrilən Belarus-Azərbaycan münasibətlərinin inkişaf dinamikasında xüsusi yer tutduğunu, bu əlaqələrin bütün sahələrə, o cümlədən İKT və rabitə sektoruna da nüfuz etdiyini qeyd edib”,- deyə məlumatda bildirilir.
Əməkdaşlığın daha da gücləndirilməsi üçün göstərilən bütün səy və təşəbbüslərə yüksək dəyər verdiyini bildirən nazir İKT sahəsində Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri haqda da fikirlərini paylaşıb.
Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov da ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün sahələrdə daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, ölkəsinin Azərbaycanla İKT-nin bir çox istiqamətləri üzrə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.
Xüsusən elektron təhlükəsizlik, informasiyalaşdırma, yüksək texnoparklar, kosmik sənaye və digər sahələrdə münasibətlərin inkişafı üçün yüksək potensialın olduğunu deyən S.Popkov yeni innovativ məhsullar üzrə Azərbaycan-Belarus birgə istehsal müəssisələrinin təsis edilməsinin də maraq doğurduğunu dilə gətirib. Hər iki ölkənin İKT şirkətlərinin daxili bazarlarda iştirakının gücləndirilməsinə də diqqət çəkən qonaq “Bakutel-2015” sərgi-konfransı çərçivəsində III “Belarus-Azərbaycan İKT Forumu”nun təşkilinin vacibliyindən söz açıb.
Görüşdə Azərbaycan bazarında yer almaq istəyən Belarus şirkətlərinin təqdim edəcəyi məhsul və xidmətlər üçün öncədən sınaq prosedurunun həyata keçirilməsi, ilk növbədə keyfiyyət və qiymətlər üzrə analizin aparılması, testin nəticəsi olaraq isə müvafiq qərarın verilməsi məqsədəuyğun sayılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət