Milli Məclisin spikeri Bahar Muradova hesab edir ki, dünya ictimaiyyəti Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında aktiv fəaliyyət göstərmir.
“Dünya birliyi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında kifayət qədər fəallıq nümayiş etdirmir və bu, Azərbaycanı bu məsələdə öz imkanlarına güvənməyə vadar edir”, - deyə B.Muradova cümə günü Türkiyə KİV-lərinin nümayəndələri ilə görüşdə bildirib.
Vitse-spiker qeyd edib ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səyləri gözlənilən nəticələr verməsə də, Azərbaycan hələ də bu beynəlxalq vasitəçilik strukturunun danışıqlar prosesində iştirakının tərəfdarıdır.
“Bu format çərçivəsində müsbət nəticəyə nail olmaq üçün ATƏT-in Minsk qrupunun fəaliyyəti aktivləşdirilməlidir. Azərbaycan münaqişənin nizmalanmasında uğura nail olunmasını sürətləndirmək üçün ATƏT rəhbərliyinə müraciət edərək Türkiyə və Almaniyanın da Minsk qrupuna daxil edilməsini təklif edib. Bizim təklifimiz dinlənilsə də, müzakirəyə çıxarılmadı”,- deyə B. Muradova bildirib.
Türkiyəli jurnalistlərin diqqətini Ukrayna hadisələrinə yönəldən vitse-spiker qeyd edib ki, bu ölkədəki münaqişə yenidən dünya ictimaiyyəti qarşısında dövlətlərin ərazi bütövlüyünün qorunması məsələsini aktuallaşdırıb.
Eyni zamanda, o söyləyib ki, enerji resurslarından siyasi məqsədlərlə istifadə edilməsi yolverilməzdir.
“Həmçinin müəyyən dairələrin idman mövzusundan Azərbaycana qarşı siyasi təzyiq kimi, xüsusən Birinci Avropa Oyunları ərəfəsində istifadə etmək cəhdləri də yolverilməzdir”, - deyəB.Muradova vurğulayıb.
O, həmçinin ölkələrimizin, xüsusən türk və müsəlman aləminin təhlükəsizliyini təhdid edən amillərə qarşı Azərbaycan və Türkiyənin səylərinin birləşdirilməsinin vacibliyini qeyd edib.
“Bu məsələlərdə medianın üzərinə böyük məsuliyyət düşür, onlar geniş ictimaiyyətə bu barədə məlumat verməli, hadisələri düzgün işıqlandırmalı və düzgün mövqe tutmalıdırlar”,- deyə B.Muradova bildirib.
Onun sözlərinə görə, medianın fəaliyyəti bir çox hallarda Bakı və Ankara haqqında mənfi informasiyanın yayılmasına mane olmağa imkan verir və bu məsələdə Azərbaycan və Türkiyə KİV orqanlarının fəaliyyətinin əlaqələndirilməsi xüsusilə vacibdir.
“Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür. Biz çağırışlara, o cümlədən ermənilərin qondarma soyqırımı iddiasına qarşı birlikdə mübarizə aparmalıyıq”, - deyən B.Muradova gələcəkdə Türkiyə və Azərbaycanın media qurumları arasında münasibətlərin iki ölkənin siyasi münasibətləri kimi yüksək səviyyədə olacağına ümid etdiyini bildirib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət