İsrailin Nasizmə qarşı mübarizə aparmış veteran döyüşçülər İttifaqının sədri Abram Qrinzayd Almaniya vermaxtının “Erməni legionu”nun yaradıcısı general Njdenin qəhrəmanlaşdırılması cəhdlərini qınayıb.
“Tarixi yenidən yazmaq, cinayətkarları qəhrəman kimi təqdim etmək olmaz. Müasir Ermənistanda bəzilərinin qəhrəman hesab etdiyi “Erməni legionu”nun yaradıcısı, general Ter-Arutyunyanın xalqa qəhrəman kimi təqdim edilməsi yolverilməzdir”, - deyə A.Qrinzayd İsrail jurnalistlərinə bildirib.
“Biz - İkinci Dünya müharibəsinin əsgərləri faşizmi bərpa etmək üçün atılan istənilən addımı və nasistlərin əlaltılarının qəhrəmanlaşdırılması cəhdlərini pisləyirik. Bu barədə Böyük Qələbənin 70 illiyi ərəfəsində eşitmək xüsusilə ağırdır”, - deyə A.Qrinzayd qeyd edib.
Onun sözlərinə görə, faşizmin əlaltılarının qəhrəmanlaşdırılması və onların xatirəsinin əbədiləşdirilməsi həlak olan insanların xatirəsini təhqir etməkdir. “Bu, nasizm üzərində qələbənin hansı qiymətə başa gəldiyini xatırlayanları da təhqir etməkdir. Və nahəyət, bu, beynəlxalq hüququn pozulması deməkdir, axı faşizm dünya tərəfindən pislənib. Biz heç bir halda onun dirçəlməsi və ya faşizm əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri ilə razılaşa bilmərik”,- deyə o əlavə edib.
Arxivlərdə qeyd olunan məlumatlara görə, general Njdenin “Erməni batalyonu” Krımda cəza əməliyyatları aparıb. Njde Sovet Hərbi Məhkəməsi tərəfindən 25 il müddətinə azadlıqdan məhkum edilib və 1955-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət