Bu gün bütün dünya Yaxın Şərqdə mədəni abidələri məqsədyönlü şəkildə məhv etdiyinə görə İŞİD-i qınayır, Ermənistanda isə qədim abidələri məhv edənlərə hörmət göstərilir, abidələri ucaldılır. Bu barədə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov bəyan edib.
“Əvvəllər İrəvanda qədim şəhər - İrəvan qalası var idi, bu, Bakıdakı İçərişəhər, Tbilisidəki Nari-Kala, Moskvadakı Kremlə bənzəyən tarixi abidə idi. Rusiya imperatoru II Nikolay İrəvan qalasında Sərdar sarayının planlı şəkildə dağıdıldığını öyrənərək sarayı bərpa etmək əmri vermişdi. Lakin sonra baş verən siyasi hadisələr, bolşeviklərin hakimiyyətə gəlişi bu planların həyata keçirilməsinə mane oldu. Sonralar ermənilər sarayı İrəvan qalası ilə birlikdə yerlə-yeksan etdilər”,- deyə F.Axundov Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnsan Hüquqları İnstitutu tərəfindən təşkil edilmiş “Saxta erməni soyqırımı: uydurma və gerçəklik”mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Sovet dövründə yol verdiyi belə hərəkətlər bu gün Yaxın Şərqdə İŞİD ekstremistlərinin işğal etdikləri şəhərlərdə çoxəsrlik tarixi və mədəni abidələri məqsədyönlü şəkildə məhv etməsinə dair dünya birliyini şoka salan videoyazıları xatırladır.
“Bu gün bütün dünya Yaxın Şərqdə dünya mədəniyyətinə məxsus abidələri məhv edən İŞİD ekstremistlərinin mənəvi və cinayət məsuliyyətinə cəlb edilməsi barədə danışır, Ermənistan isə dünyada yeganə ölkədir ki, orada dağıdıcı memara abidə qoyulub. Söhbət memar Tamanyandan gedir, onun hazırladığı baş plan çərçivəsində orta əsrlərə məxsus İrəvan şəhəri tamamilə məhv edilib”,- deyə F.Axundov qeyd edib.
“Bütün dünyada memarlara yaradıcı işlərinə görə abidələr qoyulur, Ermənistanda isə dağıdıcı memarın xatirəsi əbədiləşdirilir”,- deyə F.Axundov qeyd edib.
“Ermənistan hakim dairələrinin hərəkəti İŞİD ekstremistlərinin törətdiyindən də böyük vəhşilikdir. Çünki memarlıq abidələrinin dağılması təbii fəlakətin nəticəsi deyildi, dövlət tərəfindən hazırlanmış baş plan idi və bu plan bu gün də Tamanyanın abidəsinin postamentində əks olunub”,- deyə F.Axundov vurğulayıb.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət