Bazar ertəsi Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəməyə hazırlıq iclasının qismən açıq keçirilməsi qərara alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Məhkəmə prosesini mətbuat nümayəndələri də izləyə biləcəklər.
İclas hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir.
Məhkəmədə eməni kəşfiyyatçını Ağdam rayonunun Zəngişalı kəndi ərazisində ələ keçirən azərbaycanlı hərbçilər də şahidlik edəcək.
Erməni kəşfiyyatçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilir.
Prosesdə dövlət ittihamçısı Anar Mirzəyev, əsir götürülən kəşfiyyatçının müdafiəçisi Vəkillər Kollegiyasının üzvü Ramiz Abdullayevdir.
Ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan hərbi qulluqçu A.Baqdasaryan 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
1994-cü il təvəllüdlü A.Baqdasaryan Azərbaycanın Xankəndi şəhərində anadan olub.
F.Mehdiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət