AGBank “Həzz Kart”-ın mobil əlavəsini istifadəçilərin ixtiyarına verdi!
Xidmət sahəsini daim genişləndirən AGBank elmi-texniki tərəqqinin yaratdığı bu fürsətdən yan keçmədən “Həzz Kart” istifadəçiləri üçün kartın mobil versiyasını tətbiq etdi.
İndi artıq istifadəçilər bank, onun filialları, bankomatları və “Həzz Kart” taksit kartının tərəfdaş siyahısı ilə (tərəfdaşın ünvanı, əlaqə nömrələri, mövcud endirimlər, bonuslar və kampaniyalar) mobil əlavə vasitəsi ilə tanış ola biləcəklər. Hətta istənilən nöqtədən tərəfdaşlara aid obyektlərə gedən yol marşrutunu belə, görmək mümkün olacaq. Bu da hələ son deyil, mobil əlavəni yükləyən “Həzz Kart” sahibləri kartın balansı və aylara bölünmüş borclar haqqında məlumat alacaq, kartla edilən əməliyyatların siyahısını görəcək, tərəfdaşlar tərəfindən edilən endirimlər və AGBank-ın cari kampaniyaları haqqında xəbərdar ola biləcək, həmçinin ediləcək ödənişlər barədə də xatırlatma alacaqlar.
Qeyd edək ki, bu əlavə yalnız Android platforma üçün nəzərdə tutulub. Yaxın zamanda İOS platforması üçün də tətbiq olunacaq.
Mobil əlavəni telefona yükləmək üçün aşağıda göstərilən ardıcıllıq ilə tanış olun:
· Bu linkə keçərək mobil əlavəni yükləyin- http://goo.gl/TlgcyP
· Yüklədikdən sonra əlavəni açın
· “Müştərinin şifrəsi“və “Mobil telefonu”pencərələrini dolduraraq qeydiyyatdan keçin (Bank, filiallar, “Həzz Kart” haqqında məlumat almaq və ya “Həzz Kart”taksit kartının elektron sifarişi üçün qeydiyyata ehtiyac yoxdur).
Qeyd edək ki, “Mobil Bankinq” xidməti AGBank-da daha öncə tətbiq edilmişdi.
Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.
Həzz Kart-ın tərəfdaşlar siyahısı ilə aşağıdakı linkə keçərək tanış ola bilərsiniz: http://www.agbank.az/index.php?/az/content/465/“Həzz Kart” – AGBank tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. “Həzz Kart” bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsi ilə istifadə oluna bilər.
Onu da qeyd edək ki, bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslardan bankın tərəfdaş şəbəkəsi daxilində istifadə etmək mümkündür.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət