İşgəncələrin Qarşısının Alınması üzrə BMT-nin Alt Komitəsinin (SPT) nümayəndə heyəti 16-24 aprel tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə beynəlxalq təşkilatın Bakıdakı nümayəndəliyinin mətbuat xidməti məlumat verir.
"Biz ölkədə fəaliyyət göstərən istənilən azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz giriş üçün şəraitin yaradılacağına dair Azərbaycan hökumətindən zəmanət almışıq", - deyə nümayəndə heyətinin rəhbəri Ayşə Şujun Muhamməd səfər ərəfəsində bəyan edib.
Məlumata əsasən, 2014-cü ildə azadlıqdan məhrumetmə yerlərinin bir neçəsinə daxil olmanın, digərlərində isə vəzifələrin tam yerinə yetirilməsinin qarşısının alınması səbəbindən nümayəndə heyəti səfərini dayandıraraq, ölkəni tərk etməyə məcbur olub.
Alt Komitənin rolu məhbuslara qarşı işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qarşısının alınması və bu kimi halların aradan qaldırılmasından ibarətdir. Alt Komitə İşgəncələrə qarşı Konvensiyanın Fakültativ Protokolunun (OPCAT) tərəfləri olan bütün dövlətlərə səfər etmək mandatına malikdir.
Azərbaycana səfər zamanı nümayəndə heyəti azadlıqdan məhrumetmə yerlərini ziyarət edəcək, Azərbaycan rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirəcək. Səfərdən sonra SPT azadlıqdan məhrum edilmiş şəxslərə qarşı işgəncə və pis rəftarın qarşısının alınması ilə bağlı müşahidə və tövsiyələrindən ibarət məxfi hesabatını Azərbaycan hökumətinə təqdim edəcək.
İşgəncələrin qarşısının alınmasına dair Fakültativ Protokol bü günə kimi 76 dövlət tərəfindən ratifikasiya olunub.
Y.Əliyev
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət