Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov dövlət baçılarını 1915-ci ildə Türkiyədə baş verən hadisələrin qiymətləndirilməsi zamanı diqqətli olmağa çağırıb.
“İri siyasi xadimlər və beynəlxalq miqyaslı rəhbərlər gərginliyin artmasına səbəb olacaq bəyanatlardan çəkinməlidirlər”, - deyə J.Asanov çərşənbə günü Bakıda keçirilən brifinqdə Roma Papasının qondarma “erməni soyqırımı”nın tanınmasına dair bəyanatına münasibət bildirərkən vurğulayıb.
Onun sözlərinə görə, 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri tarixçilər qiymətləndirməlidirlər.
“”Soyqırımı”na gəlincə isə, mənə məlum olduğu qədər, Türkiyə və Ermənistan tərəfləri görüşərək 100 il əvvəl baş vermiş hadisələrin öyrənilməsi məqsədi ilə bütün arxiv materiallarını açmağa dair razılığa gəliblər. Əlbəttə ki, müxtəlif tərəflərinfərqliizahları olan bilər. Düşünürəm ki, tarixçilər bu məsələni cavablandırmalıdırlar. Həmçinin hansı hadisələrin baş verməsinə və onların hansı dövrə təsadüf etməsinə əsaslanmaq lazımdır. Yəqin ki, burada kompleks yanaşma lazımdır”, - deyə J.Asanov vurğulayıb.
TürkPA-nın baş katibi Qazaxıstan və Qırğızıstanın qondarma “soyqırımı” ilə bağlı nə üçün indiyədək mövqe bildirməməsinə dairsuala cavab verməkdə çətinlik çəkib.
“Bu suala, eləcə də Xocalı və digər hadisələrlə bağlı suala cavab vermək mənim üçün çətindir. Bildiyiniz kimi, Qazaxıstan hər zaman Qarabağ məsələsinin sülh yolu ilə həllini arzu edib. 1990-cı illərdə prezident Nazarbayev və Rusiyanın o zamankı dövlət başçısı münaqişə yerinə gəliblər, həmçinin sülhməramlı qüvvələr göndəriblər. Təbii ki, buna görə də Qazaxıstan ilk öncə Azərbaycana qardaş dövlət kimi, Qarabağ məsələsinin sülh yolu ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin tərəfdarıdır”, - deyə J.Asanov vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət