Azərbaycanda bərpa olunan və alternativ enerji mənbələrinin inkişafına 800 mln. manat investisiya qoyulub. Bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) sədr müavini Cəmil Məlikov cümə axşamı Bakıda “CISOLAR-2015” konfransında çıxışı zamanı bildirib.
“Bu günə qədər Azərbaycanda alternativ enerji mənbələrinin ayrı-ayrı istiqamətlərinin inkişafına müxtəlif mənbələrdən təxminən 800 mln. manat investisiya ayrılıb. Bununla yanaşı, 2014-cü ildə bu məqsədlər üçün 63,6 mln. manat yönəldilib”,- deyə o qeyd edib.
C.Məlikovun sözlərinə görə, hazırda günəş enerjisi hesabına elektrik enerjisi hasil etmək üçün 5 min MVt-dan çox, külək enerjisi üçün 4,5 min MVt-dan çox, bioresurslar üçün 1,5 min MVt-dan çox, geotermal sular üçün 800 MVt potensial var.
O, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda hibrid tipli elektrik stansiyalarının, 3 MVt gücə malik günəş elektrik stansiyalarının yaradılması istiqamətində iş gedir. Həmçinin sosial əhəmiyyətli obyektlərdə avtonom enerji təchizatı sistemlərinin yaradılması üzrə “1 Ev - 1 stansiya” layihələri həyata keçirilir. Belə sistemlər 10 məktəb, 2 tibb mərkəzi və 2 idman obyektində quraşdırılacaq.
C.Məlikov əlavə edib ki, hazırda Qobustan eksperimental poliqonunda istehsal olunan elektrik enerjisi hesabına 12 min nəfər əhalisi olan yaşayış məntəqəsi elektrik enerjisi ilə təchiz olunub.
Bundan başqa, günəş panelləri istehsal edən zavod da işini davam etdirir. Onun gücü ildə 100 min paneldən 200 min panelə qədər artırılıb ki, bu da 50 MVt elektrik enerjisi istehsalı deməkdir.
C.Məlikovun sözlərinə görə, agentlik alternativ enerji sahəsində fəaliyyətin tənzimlənməsi üçün qanunverici bazanın yaradılması üzərində işləyir. “Bərpa olunan enerji mənbələri haqqında” və “Enerji effektivliyi haqqında” qanun layihələri ilə yanaşı, 22 normativ hüquqi sənəd hazırlanıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət