Azərbaycan qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etmiş Avropa Parlamenti ilə münasibətlərinə təkrar baxmalı olacaq. Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlərşöbəsinin müdiri Əli Həsənov bəyan edib.
“Azərbaycan Avropa Parlamenti ilə “Avronest” qrupunda fəaliyyətini dayandırıb. Belə getsə, Avropa Parlamenti ilə bütün əlaqələrə yenidən baxmalı olacağıq”, - deyə Ə.Həsənov cümə axşamı jurnalistlərə bildirib.
Onun fikrincə, bu kimi qərarlar və qətnamələr yalnız ayrı-ayrı dairələrin öz maraqlarını təmin etmək cəhdlərinin nəticəsi olaraq meydana çıxır.
“Həmin dairələr hazırda Rusiyaya qarşı formalaşdırılan ittifaqa qoşulmadıqlarına görə Türkiyə və Azərbaycandan qisas alırlar. Biz belə yalanlarla, “qara piar” kampaniyaları ilə “Avroviziya” mahnı müsabiqəsi zamanı, Ramil Səfərov Azərbaycana ekstradisiya olunarkən qarşılaşmışıq və indi də I Avropa Oyunları ərəfəsində həmin dəst-xətti açıq müşahidə edirik”, - deyə Ə.Həsənov bildirib.
O, Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni “bu strukturun tarixində ən biabırçı, heç bir həqiqəti əks etdirməyən, Birinci Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərar” adlandırıb.
“Bu qətnamənin anti-müsəlman və anti-türk ovqatından qaynaqlandığı şübhə doğurmur”, - deyə Ə.Həsənov jurnalistlərə bəyan edib. Onun sözlərinə görə, bu qətnamənin qəbul edilməsi onu göstərir ki, hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyə hökm sürür.
“Neçə illərdir biz bütün dünyaya, həmçinin Avropa ölkələrinə və qurumlarına yarası hələ sağalmamış Xocalı soyqırımı haqqında həqiqətləri, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırırıq. Amma bunun qarşılığında Avropa ölkələri, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar məsələ ilə bağlı obyektiv, real çəkisi olan heç bir qərar qəbul etməyiblər”, - deyə Ə.Həsənov vurğulayıb. O qeyd edib ki, tarixi faktlar, sənədlər təsdiq edir ki,1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırım olmayıb.
“Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıblar, türk ordusuna qarşı hücumlar təşkil ediblər, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədiblər, əhaliyə qarşı qeyri-insani aksiyalar həyata keçiriblər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb. Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırım baş verməyib, sadəcə, müharibə şəraitinin tələblərinə müvafiq olaraq həyata keçirilən aksiyalar öz sərtliyi ilə seçilib. Buna görə hazırda bir qrup siyasətçinin, deputatın tarixi reallığı təhrif edərək, heç bir fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi kökündən yanlışdır”, - deyə Ə.Həsənov vurğulayıb.
O bəyan edib ki, “erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənib, islamofob, anti-müsəlman və anti-türk meyllərin güclənməsinin təzahürüdür.
“Eyni zamanda, bu, müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir, “ - deyə Prezident Administrasiyasının nümayəndəsi qeyd edib.
O, Qərbin ayrı-ayrı dairələrinin tarixi təhrif etmək və müsəlman dünyası haqqında yanlış təsəvvür formalaşdırmaq cəhdlərini pisləyib.
“Bütün iddialar konkret faktlar əsasında cavablandırılmalıdır. Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisə (“erməni soyqırımı” - İF-Az) olmayıb”, - deyə Ə.Həsənov vurğulayıb.
O qeyd edib ki, bu qətnamə Avropa Parlamentinin birinci belə subyektiv, anti-islam, anti-türk və anti-Azərbaycan mahiyyəti kəsb edən qərarı deyil.
“Yəqin ki, gələcəkdə də biz bu tipli “qərarların” şahidi olacağıq. Nə Azərbaycan, nə də Türkiyə özlərini anti-Qərb mövqeyində hiss etmirlər və Qərblə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdırlar. Amma təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Onlar israrla müsəlman dünyasını yanlarında deyil, qarşılarında görmək istəyirlər. Bu siyasətin Qərbə nə verəcəyini tarix özü göstərəcək. Amma biz dövlət olaraq imkan verə bilmərik ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların beyninə yeridilsin”, - deyə Ə.Həsənov bəyan edib.
Y.Əliyev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət