Polşanın eks-prezidenti Aleksandr Kvasnevski 27-30 aprel tarixlərində Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
A.Kvasnevski “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür.
Polşanın sabiq dövlət başçısı Forumun “Avropa Birliyi və onun qonşuluq siyasəti” mövzusuna həsr olunmuş panel iclasında çıxış edəcək. A.Kvasnevski 1995-ci ildən 2005-ci ilədək ölkənin prezidenti postunu tutub. Hazırda o, Corctaun Universitetində çalışır.
III Qlobal Açıq Cəmiyyətlər Forumunda italiyalı siyasətçilər - İtaliya parlamentinin vitse-spikeri Linda Lanzelotte, İtaliyanın sabiq baş naziri Massimo D`Alema və ölkənin keçmiş xarici işlər naziri Franko Frattini də iştirak edəcəklər.
Tədbirdə 40-dan çox ölkənin sabiq və hazırkı prezidentlərinin, hökumət başçılarının və xarici işlər nazirlərinin iştirakı gözlənilir.
Ümumiyyətlə forumda 75 ölkədən 350-dək yüksək səviyyəli dövlət xadimi, siyasətçi, ekspert və alimin iştirakı nəzərdə tutulub.
III Qlobal Açıq Cəmiyyətlər Forumunda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlər geniş müzakirə ediləcək.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.
Tədbirlərin təşkilatçıları Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid klubu olub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabrın 30-da Gəncə şəhərində dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimi tərəfindən yaradılıb.
Mərkəzin fəaliyyətinin prioriteti Azərbaycanın elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və dünyada təbliğ olunmasıdır.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət