Rusiyanın görkəmli alim-türkoloqu, Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika ölkələri İnstitutunun prezidenti Mixail Meyer hesab edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən faciəvi hadisələrə dair bütün sənədlər üzə çıxarılmalıdır.
“Türkiyənin materiallarının sayı çoxdur. “Daşnaksütun” isə əvvəlki kimi, heç nə dərc etməyərək, bunun səbəblərini gizlədir. Türkiyənin malik olduğusənədləri görmüşəm, bu materiallarla hər şey aydındır. Bəs “Daşnaktsütun”un sənədləri haradadır?. Bu sənədlər hansısa Amerika arxivlərində gizlədilib, onları dərc etmək istəmirlər”, - deyə M.Meyer bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
““Daşnaksütun” ХХ əsrin əvvəllərində Ermənistanın aparıcı partiyası olub və indi də erməni diasporunun ən çox üzvü olan partiyası olaraq qalır.
M.Meyer hesab edir ki, tarixlə yalnız sənədlər əsasında məşğul olmaq mümkündür, “sənədlər olmadığı halda isə tarix mövzusu ətrafında spekulyasilalar başlayır”. Nəticədə “soyqırımı tarix ətrafında spekulyasiyaya çevrilib”, - deyə tarixçi qeyd edib.
“Sənədlər təqdim olunmalıdır. Yüz il keçib. Burada gizlədiləsi nə var? Sənədləri göstərin və biz, tarixçilər, əslində nə baş verdiyinə qərar verək. Lakin əgər tərəflərdən biri sənədləri nəşr edir, digər tərəf isə etmirsə, bir tərəfə meyllilik düzgün olmayacaq”, - deyə M.Meyer qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət